Kimisə parlamentə zorla seçməyiblər – SPİKER

Spiker Oqtay Əsədov parlamentin yaz sessiyasının ilk plenar iclasının sonunda yenidən deputatlara kəskin xəbərdarlığını edib.

Etikxeber.az-ın xəbərinə görə, o, bildirib ki, bəzi millət vəkilləri günün birinci yarısı iclasa gəlirlər:

“İkinci yarısında burada olmurlar… Heç kim burada heç kimdən artıq deyil. Bura heç kimi zorla deputat seçməyiblər. Parlament ayda 3-4 dəfə iclas keçirir. Hamı vaxtında burada iştirak etməlidir. Bir gün gəlib bir gəlmirlər.  Belə işləmək saymamazlıq olur. Xahiş edirəm, həmkarlarınıza bunu deyin”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

KİV haqqında qanun dəyişdirilməlidir – YAP RƏSMİSİ

Read Next

Hazard 2018-ci ilin ən yaxşı oyunçusu seçildi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir