Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Lotereyalar haqqında” qanun tam dəyişdirilir.
Etikxeber.az-ın xəbərinə görə, bununla bağlı adıçəkilən qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi MM-in İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sentyabrın 24-də payız sessiyası çərçivəsində keçirilən ilk iclasının müzakirəsinə çıxarılıb.
Yeni dəyişikliklərdə qeyd olunur ki, (4.9) lotereyanın şərtlərində dəyişiklik edilməsi üçün lotereya təşkilataçısı uduş fondunun oynanılmış tarixinə azı 15 il günü qalmış maliyyə bazarlarına nəzarət orqanın müraciət edə bilər. Lotereyanın şərtlərində dəyişiklik edilməsi ilə bağlı müraciət maliyyə bazarlarına nəzarət orqanın daxil olduğu gün qeydiyyata qeydiyyata alınır və həmin tarixdən etibarən 5 iş günündən gec olmayaraq, maliyyə bazarlarına nəzarət orqanı dəyişikliklər edilməsinə icazə verilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edir.
Lotereyaların şərtlərinə dəyişiklik edilməsinə razılıq verilməsi və ya bundan imtina barədə qərar lotereya təşkilatçısına təqdim edilir və sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
Kimlər tiraj komissiyasının üzvü ola bilməzlər və komissiya neçə nəfədrən ibarət olacaq?
Qanundakı dəyişikliklərdən biri də tiraj komissiyası üzvlərinin sayının azadılması ilə bağlıdır.
Belə ki, qanun layihəsinin 5.2-ci maddəsinə əsasən komissiya üzvlərinin sayı ən azı 5 nəfərdən ən azı 3 nəfərə endirilir.
Qeyd olunur ki, lotereya təşkilatçısının vəzifələri şəxsləri, onların ailə üzvləri (ər arvad, valideynlər, övladlar və övladlığa götürülmşüş şəxslər, onların ərləri və arvadları, bacılar, qardaşlar, bacı və qardaş övladları, ər-arvadların bacıları, qardaşları və valideynləri, bacıların ərləri və və qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, qəyyumlar və qəyyumluğa götürülənlər) həmçinin, stimullaşdırıcı lotereya obyektinin satıcısı (o, stimullaşdırıcı lotereyanın təşkilatçısı olduğu halda) tiraj komissiyaının üzvü ola bilməz.
Qısa müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda MM-in payız sessiyasının plenar iclasına tövsiyə olunub.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az