Kimlər fərdi identifikasiya kartının alınması üçün müraciət edə bilər? – DƏYİŞİKLİK

“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

Etikxeber.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin fevralın 1-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, qanuna 1.2-1-ci maddə əlavə edilsin.  Həmin maddədə qeyd olunur ki, doğum haqqında şəhadətnamə ilə birlikdə ilk dəfə verilən fərdi identifikasiya kartının alınması üçün vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs də müraciət edə bilər.

Dəyişikliyə görə, müvafiq olaraq “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna da əlavələr edilməsi təklif olunur. Belə ki, qanunun 6-cı maddəsinə 2-1-ci bəndi (15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı) sözləri təklif olunub.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Azərbaycanı poliqona çevirmək istəyirlər – ƏLİ MƏSİMLİ

Read Next

VVAQ üçün tələb olunan sənədlərin sayı azaldılır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir