“Kinematoqrafiya haqqında” qanun layihəsi yaz sessiyasının müzakirələrinə çıxarılır…

“Kinematoqrafiyanın, kino sənətinin bir sıra vergi və gömrük rüsumlarından azad olunmasının müvafiq qanunda əksini tapmasını və reallıqda işləməsini istəyirik”

Parlamentin qarşıdan gələn növbəti 2017-ci il yaz sessiyasında “Kinematoqrafiya haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirələrə çıxarılması nəzərdə tutulur.

Etikxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin (MM) qarşıdan gələn növbəti yaz sesiyası ilə bağlı parlamentin Mədəniyyət komitəsinin yanvarın 18-də keçirilən iclasında akademik, adıçəkilən komitənin sədri Rafael Hüseynov deyib.

Onun sözlərinə görə, sözügedən qanun layihəsi üzərində təkmilləşdirmələr ötən müddət ərzində də davam edib.

“Biz istəyirik ki, bu sənəd Azərbaycanın kino həyatına, kinematoqrafiyanın inkişanın böyük töhfə və təkan verdin. Odur ki, bir sıra sahələr üzrə mövcud olan bəzi istisnaların bu sahəyə də şamil olunmasını istəyir və nəzərdə tuturuq. Konkret olaraq, kinematoqrafiyanın, kino sənətinin bir sıra vergi və gömrük rüsumlarından azad olunmasının müvafiq qanunda əksini tapmasını və reallıqda işləməsini istəyirik.

Bununla da bağlı həm komitəmiz, həm də Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi tətəfindən aidiyyatı qurumlarla müzakirələrimiz, məsləhətləşmələrimiz davam edir və inanırıq, bunlar da sonuc etibarilə öz müsbət nəticəsini verəcək, həmin məsələlər qanunda əksini tapacaq və işlək olacaq.

Bu baxımdan hesab edirəm ki, qanun layihəsi bu ilin yaz sessiyasının lap əvvəllərində plenar iclaslardan birinin müzakirəsinə çıxarıla bilər və çox güman ki, belə də olacaq. Bu sənəd yaz sessiyasında müzakirəyə təqdim oluna biləcək. Onun qəbuluna çox böyük ehtiyacımız var”-deyə, komitə sədri daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Telekanallarla bağlı müşavirə keçiriləcək – KOMİTƏ SƏDRİ

Read Next

“Əgər 50 faiz şagird azaldılırsa, deməli, o zaman 50 faiz müəllim də getdi işinin dalınca” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir