Kinooperator Rasim İsmayılovun anadan olmasının 80 illiyi qeyd olunacaq

Oktyabrın 28-də Dövlət Film Fondunda tanınmış kinooperator və kinorejissor, Əməkdar İncəsənət Xadimi Rasim İsmayılovun anadan olmasının 80 illiyinə həsr olunmuş tədbiri keçiriləcək.

Etikxeber.az xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərginin açılışı da nəzərdə tutulur.

Tədbirdə kinorejissorun sənət fəaliyyətindən, kino mədəniyyəti tarixindəki xidmətləri ilə yanaşı, insani keyfiyyətlərindən də danışılacaq.

Qeyd edək ki, Rasim İsmayılov 1936-cı il iyulun 13-də Bakıda dünyaya göz açıb. 1963-1978-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator kimi fəaliyyət göstərən sənətkar 1977-ci ildən etibarən bir neçə bədii filmin quruluşçu rejissoru olub. R.İsmayılov 2004-cü il martın 3-də Bakıda vəfat edib.

Etikxeber.az

Read Previous

Növbəti açıq hərracda 31 dövlət əmlakı özəlləşdirilib

Read Next

Rabitə və yüksək texnologiyalar naziri Ağcabədiyə niyə gedir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir