Kirayədə, şəraitsiz bir evdə anası tərəfindən təkbaşına, minbir çətinliklərlə böyüdülən, məktəbə gedən həmyaşıdlarına həsrətlə baxan və CƏMİ 19 YAŞINDA VƏTƏN YOLUNDA ŞƏHİD OLAN VƏTƏN SEVDALIMIZ-RƏSUL SADIQOV… XƏRÇƏNG XƏSTƏLİYİNDƏN ƏZİYYƏT ÇƏKƏN ŞƏHİD ANASI VƏ SAÇLARI TÖKÜLƏN ŞƏHİD QARDAŞINA KÖMƏK EDƏN OLACAQMI? – FOTOLAR

Daha bir kasıb daxmasında böyüyən Şəhidimiz…

Hətta daxması belə olmayıb, kirayədə böyüyüb boya-başa çatan daha bir Nur üzlümüz…

Daha bir ata nəvazişindən məhrum qalıb, anası tərəfindən təkbaşına, minbir çətinliklərlə böyüdülən, Vətən üçün yetişdirilən Vətən sevdalımız…

Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidimiz Rəsul Sadıqov

Rəsul 2001-ci ilin 3 mart tarixində Abşeron rayonunun Xırdalan (Sabunçu rayonun Pirşağı qəsəbəsində) şəhərində kasıb bir ailədə dünyaya gəlib…

Uşaq yaşlarından anası Elnarə xanım, Elnarə Allahverdiyeva tərəfindən təkbaşına böyüdülüb…

Ailədə iki övlad, iki qardaş olublar…

Qardaşı Mirsalamın hazırda 12 yaşı var, beşinci sinfə keçib…

Rəsulgil o qədər, o dərəcədə kasıb olublar ki, məktəbə gedə bilməyib…

Yaşamağa belə şəxsi evləri, ocaqları olmayıb…

Xırdalanda kirayədə, şəraitsiz bir evdə yaşayıblar və bu gün də anası və tək qardaşı kirayə həyatı yaşamaqdadırlar…

O dərəcədə imkansız olublar ki, Rəsul qapı, darvaza dalından məktəbə gedən uşaqlara, həmyaşıdlarına həsrətlə baxıb…

Kiçik yaşlarından işləməyə, anasına maddi dəstək olmağa çalışıb…

2019-cu ilin yazında da həqiqi hərbi xidmətə çağırılıb, Goranboy rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissələrdən birində qulluq edib, ona Çavuş rütbəsi verilib…

Əsgərliyini başa vurmasına sayılı günlər qalmış isə İkinci Vətən Müharibəsi başlayıb və Azərbaycan Ordusunun Əsgəri kimi döyüşlərə qatılıb…

Şərəfli döyüş 14 gün çəkib…

Oktyabrın 10-da Suqovuşan-Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi isə bir gün sonra, oktyabrın 11-də Pirşağı qəsəbəsində, Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra medallarla təltif olunub…

O, həm də nişanlı olub…

Həyatı, ömrü kimi arzuları da, xəyalları da yarımçıq qalıb…

Bəyliyi ağ kəfəni olub…

Yenə sözün bitdiyi yer!

***

Qeyd etdiyim kimi, Şəhidin 45 yaşlı anası Elnarə xanım və tək qardaşı Mirsalam hələ də kirayədə, şəraitsiz evdə yaşamaqdadırlar…

Üstəlik hər ikisinin də səhhətində ciddi problemlər var və bu problemlər Rəsulun Şəhidliyindən sonra yaranıb…

Bala, övlad dərdli, eyni zamanda, 12 yaşında həm anasını, həm atasını, sonralar isə tək qardaşını itirən Elnarə xanım onkoloji xəstəlikdən əziyyət çəkir…

12 yaşlı Mirsalamın isə saçları tamamilə tökülüb…

Hər ikisinin də hər mənada dəstəyə ehtiyacları var və onların bu ehtiyacları tez bir zamanda aidiyyatı qurumlar tərəfindən qarşılanmalıdır…

Çünki sonra çox gec ola bilər…

Ona görə aidiyyatı qurumlar təcili şəkildə sözdən, vəddən əmələ keçməli, Şəhid anasına və Şəhid qardaşına dəstək olmalıdırlar…

Borclarıdır, görəvləridir!

***

Yeri gəlimişkən qeyd edim ki, bu gün axşam saatlarında hər zaman Şəhid ailələrinin yanında olan vətənpərvər insanlar, dəyərli ziyalılar-şairə Raziyə Kamilqızı, həkim Sahib Səhratlı, Şəhid Milli Qəhrəman Xəqani Aslanovun oğlu Sadiq Aslanov və Şəhid Vüsal Babayevin xanımı Aynurə Babayeva ilə Şəhidimizin anası və tək qardaşını ziyarət etdik…

Onlara bir daha Allahdan səbr və dözüm arzuladıq, bir daha hər iksinə şəfa dilədik, bir daha “Şəhidimizin məqamı Uca, ruhu şad olsun! Ruhu qarşısında baş əyirik!”-dedik…

Sonra bir saatdan çox çəkən ziyarətimiz zamanı Şəhidimizin anası və tək qardaşı ilə söhbətləşdik, dərdləşdik…

Kövrək, duyğulu anlar yaşadıq…

Allah bir daha Şəhidimizin məkanını cənnətlik etsin, bir daha anası və tək qardaşının şəfasını versin!

Milyon kərə Amin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha bir məzarsız Şəhid-30 il öncə 25 yaşında Vətən yolunda canını fəda edən-ZƏNGİLANLI İSMAYIL İSMAYILOVUN 55 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Ordubadın yeni icra başçısı-BU ŞƏXS OLDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir