“Kişi qadının ağlına, qadınsa kişinin səfehliyinə göz yumanda ailədə “anlaşma” yaranır”- YAZIÇI

“Kişi qadının ağlına, qadınsa kişinin səfehliyinə göz yumanda ailədə “anlaşma” yaranır”.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış yazıçı Firuz Mustafa öz “Facebook” statusunda yazıb.

O, yazıb ki, əldə etmək istədiyin şeylərə pul yox, ömür xərcləməli olursan.

“Qorxaqlığını bildirmək üçün də özündə bir cəsarət tapmalısan.

Adamların səs-küyündənsə təbiətin sükutuna qulaq asmaq faydalıdır.

Sənə paxılıq edirlərsə, deməli, sən üstünsən.

Çalış emosiyalarından xilas olma; yoxsa, sənin öz evindəki şkafdan bir fərqin olmayacaq.

Həyatına daxil olanlar kimi həyatından çıxıb gedənlərin də onun həyatında bir izi qalmadı.

Onun sadəliyi mürəkkəbliyindədir”-deyə, F. Mustafa daha sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Statistika Komitəsi: Kompyuter və elektron məhsulların istehsalı 14,8 faiz artıb

Read Next

“Azərbaycan millisi məğlub olmağı sevməyən futzal millisidir”- Fabio Sesilio

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir