“Kitab və çap məhsullarına tətbiq olunan ƏDV ləğv edilsin…” – DEPUTAT

Millət vəkili Qənirə Paşayeva  kitab və çap məhsullarına, ali məktəblərdə tədris edilən kitablara tətbiq olunan Əlavə Dəyər Vergisinin  (ƏDV) ləğv edilməsi və ya ciddi azaldılmasının tərəfdarıdır.

Etikxeber.az-a açıqlamasında millət vəkili Mili Məclisin (MM) son iclasında da bu təklifilə çıxış etdiyini deyib.

“Hesab edirəm ki, bu gün ən vacib məsələlərdən biri  cəmiyyətdə kitab oxumağa meyilliliyin artırılması istiqamətində addımlar atmaqdır”-deyən millət vəkili xatırladıb ki,  ölkəmizdə gənclər arasında kitaba meylliliyin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir.

Q.Paşayeva kitaba, çap məhsullarına, ali məktəb dərsliklərinə qoyulan ƏDV-nin qonşu ölkələrlə müqayisədə çox yüksək olduğunu da söyləyib.

“Bəzi ölkələrdə, ümumiyyətlə, kitaba görə ƏDV tətbiq olunmur, bəzilərində isə bu çox cüzi rəqəmlərlə ölçülür”– deyən millət vəkili oxucular və yazarların da bu məsələ ilə bağlı təklifini olduğunu bildirib.

Ona görə Q. Paşayeva bir daha  qarşıdan gələn 2020-ci ildə sözügedən məhsullara qoyulan 18 faizlik ƏDV-nin azaldılmasını, mümkün olduğu təqdirdə isə ləğv edilməsini xahiş edib.

Etikxeber.az

Read Previous

“Ermənistanda yəhudilər yoxdur, azərbaycanlılar yoxdur…” – İLHAM ƏLİYEV – YENİLƏNİB

Read Next

“Nə danışıram, özüm bilmirəm…” – QALKİN BAKIDA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir