İki qanun yenilənəcək və ya XANIM DEPUTAT NƏDƏN RİQQƏTƏ GƏLDİ? – YENİLƏNİB – (1)

Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin komitə iclasları başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, ilk olaraq komitə iclasına MM-in Mədəniyyət komitəsinin start verib.

Adıçəkilən komitənin sədri, akademik Rafael Hüseynov iclası açaraq bildirib ki, bu il də 2018-ci il kimi Azərbaycan xalqının həyatında bir çox əlamətdar hadisələrlə zəngin olacaq:

“Bildiyiniz kimi, bir neçə gün öncə ölkə prezidenti İlham Əliyev tərəfindən 2019-cu il “Nəsimi İli” elan edildi. Bu, elə bilirəm ki, əbədiyyat, mədəniyyət, mənəviyyət hadisəsidir. Eyni zamanda, hesab edirəm ki, “Cümhuriyyət İli” ilə də “Nəsimi İli” arasında mütləq bağlılıq var. Cümhuriyyət azadlıq, istiqlal deməkdirsə, Nəsimi də ruhun, düşüncənin azadlığı deməkdir. Odur ki, hər ikisi böyük hadisədir”.

Komitə sədri sonra qeyd edib ki, sessiyada, o cümlədən, bu gün keçirilən iclasda “Milli arxiv fondu haqqında” qanuna dəyişikliklər edilməsi, “Türk Mədəniyyət və İsrsi Fondunun maliyyə qaydaları haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihələri və digərləri müzakirə ediləcək.

Komitə sədri həmçinin, “Kitabxana işi haqqında” mövcud qanunun 21 il öncə qəbul olunduğunu, bu baxımdan, onun dövrün reallıqlarına uyğun olaraq, yeniləşdirilməsinə ehtiyac yarandığını söyləyib.

nizami-rafael

O, bu günlərdə ölkə prezidentinin kitabxanlarla bağlı fərmanına toxunaraq, bu yöndə bəzi yanlışlıqlara yol verildiyini bildirib:

“Bəziləri bunu kitabxanların ləğvi kimi izah etməyə çalışır. Əslində isə belə deyil. Bu, əslində kitabxanların fəaliyyətinin daha da yaxşılaşdırılması deməkdir. Eyni zamanda, kitabxana işi haqqında qanunumuz var ki, onun da qəbulundan uzun dövr keçir. Odur ki, onun da yeniləşdirilməsinə, situasiyaya uyğun olaraq, ona ciddi dəyişikliklər edilməsinə ehtiyac var. Odur ki, bu məsələ də gündəmimizdədir”.

R. Hüseynov bununla yanaşı, nəşriyyat işi ilə bağlı qanunun yeniləşdirilməsinə ehtiyac yarandığını sözlərinə əlavə edib.

Komitə sədrinin dediyinə görə, əvvəlki illərlə müqayisədə son illərdə nəşriyyat işində böyük fərqlər yaranıb və bu baxımdan da, yeni qanun layihəsinə ehtiyac duyulur.

“Odur ki, bu yöndə də qanun layihəsi hazırlanıb, müzakirələrə çıxarıla bilər”.

***

aqil_abbas_esas

Aqil Abbas: Kitabı əlinə alıb, sinənin üstünə qoyub oxumadın, nə mənası var?!

Millət vəkili, yazıçı Aqil Abbas  iclasda çıxışı zamanı deyib ki,  Azərbaycanda demək olar ki, nə kitabxana qalıb, nə də kitab mağazası.

Millət vəkilinin iddiasına görə, bu gün rayonlarda, kəndlərdə kitabxanlar yoxdur. O, qeyd edib ki, kitabxanların olmaması ciddi narahatçılıq doğurur: “Nədi-nədi orada işləyənlərə 120 manat maaş veriləcək deyə, kitabxanlar ləğv olundu. Cəmi 3 rayonda kitabxana qalıb, digərlərində yoxdur. Ancaq elektron kitabxanlar var ki, onların da qapıları bağlıdır, heç biri işləmir. Kitabı da əlinə alıb, sinənin üstünə qoyub oxumadın, nə mənası var?! Bununla yanaşı, rayonlarda, bölgələrdə bir dənə olsun, kitab mağzası yoxdur. Hesab edirəm ki, bu məsələ komitəmizin rəhbərliyi ilə daha yuxarılar səviyyəsində qaldırılmalıdır”.

Millət vəkili, bəstəkar Novruz Aslan da deputat həmkarının narahatçılığını bölüşüb və bu məsələyə sistemli, köklü yanaşmanın zərurət yarandığını bildirib.

Həmçinin deyib ki, bəzi yerlərdə kitabxanlar qalsa da, ora üz tutan yoxdur, çünki çox bərbad vəziyyətdir: “Ona görə də bu məsələ sistemli yanaşmanı tələb edir və kitabxana məsələsinə baxışlar dəyişməlidir”.

Millət vəkili Əflatun Amaşov isə deyib ki, bu gün kitabların qiyməti çox bahadır.

Millət vəkilinin dediyinə görə, eyni zamanda, kitabların oxunması ilə bağlı məcburilik lazımdır.

“Kitabların qiyməti çox bahadır. Bu kitablar əsasən xaricdən Azərbaycana gətirilənlərdir. İl ərzində ölkəyə 200 minə yaxın kitab gətirilir. Burada 18 faiz əlavə dəyər vergisi, 7-8 faiz gömrük və digər xərclər kitabı 60-70 faiz bahalaşdırır. Hesab edirəm ki, xaricdən gətirilən kitablar əlavə dəyər vergisindən azad edilməlidir. Kitabın dəyəri çox böyükdür. Çap məhsulları, əsasən elmi jurnallar da vergidən azad olunmalıdır”.

R. Hüseynov öz növbəsində kitabların qiymətlərinin baha olmasına tioxunaraq, bunun bazar iqtisadiyyatının tələbləri üzündən yarandığını, bu baxımdan da, müəyyən imtiyazların, güzəştlərin nəzərdə tutulmasının vacibliyini vurğulayıb.

***

jala

Jalə Əliyeva: Təəccüblə soruşdum ki, indi kitabı hədiyyə kimi alan var?…

Sözügedən komitənin sədr müavini, professor Jalə Əliyeva  kitabı, kitabları bir məktəb adlandırıb:

“Kitablar bizimi dünənimiz, tariximiz, keçmişimiz, bu günümüz, sabahımız, gələcəyimiz, inkişafımızdır. O xalqlar inkişafa nail olur, tərəqqi edir ki, onlar məhz kitab oxuyur, kitaba üz tuturlar. Bu baxımdan hesab edirəm ki, hər zaman kitaba, oxumağa böyük önəm verən bir xalq kimi, bu məsələyə daim diqqətlə, yeni baxışlarla yanaşmalıyıq. Bu yaxınlarda bir mağzaya girmişdim. Girdim və gördüm ki, satıcı hədiyyə kimi kitabı bükür. Kitablar da elə ucuz qiymətlərə deyildi-20 manata və 18 manata. Təəccüblə soruşdum ki, indi kitabı hədiyyə kimi alan var?… Cavab verildi ki, bəli, var, özü də çoxdur. İnanın ki, bundan riqqətə gəldim, sevincimin, riqqətimin sərhəddi yoxuydu…”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Dalğanın hündürlüyü Günəşli yatağında 3,8 metrə çatıb – QƏRARGAH

Read Next

“Subyektiv mülahizələrə görə onlar kənara qoyuldu….” – RAFAEL HÜSEYNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir