“Kiyev və ya hər hansı təhlükəsiz Ukrayna şəhəri “Avroviziya” üçün fantastik bir yer olardı”-CONSONDAN ÇAĞIRIŞ

Böyük Britaniyanın Baş naziri Boris Conson “Avroviziya 2023” mahnı müsabiqəsinin Ukraynada təşkil edilməsinə çağırış edib.

Etikxeber.az-ın xəbərinə görə, məlumatı “Sky news” yayıb.

Conson “Ukraynalılar “Avroviziya”da qalib gəliblər. Mən bilirəm ki, biz müsabiqədə ikinci yeri tutmuşuq, bu bizim üçün fantastik göstəricidir və mən istərdim ki, müsabiqə bizim ölkəmizdə keçirilsin. Amma fakt budur: Ukrayna qalib gəlib və onun təşkil edilməsinə onlar laiqdirlər”– deyə, bildirib.

O, qeyd edib ki, ukraynalıların müsabiqəyə ev sahibi edə biləcəklərinə inanır:

“Mənim fikrimcə Kiyev və ya hər hansı təhlükəsiz Ukrayna şəhəri “Avroviziya” üçün fantastik bir yer olardı”.

Ukrayna “Avroviziya 2023” mahnı müsabiqəsinə ev sahibliyi edə bilməyəcək.

Bu barədə Avropa Yayım Birliyi (EBU) açıqlama verib. Yarış təşkilatçıları mahnı müsabiqəsinə ev sahibliyi etmək üçün Böyük Britaniyaya müraciət etdiklərini bildiriblər.

Etikxeber.az

Read Previous

Daha 26 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Read Next

Birinci Qarabağ Savaşının əfsanəvi qəhrəmanlarından olan Sərdar Əmiraslanovun Şəhidliyinin 30-cu ildönümüdndə adını daşıyan-“ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU, PROBLEMLƏR İÇİNDƏ YAŞAYAN ŞƏHİD BACISI QARDAŞININ RUHUNU ŞAD ETDİ, ANIM MƏRASİMİ KEÇİRDİ – FOTOLAR- YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir