Kiyevdə televiziya qülləsinə raket zərbəsi endirildi-5 NƏFƏR ÖLDÜ, 5 NƏFƏR YARALANDI – YENİLƏNİB

Kiyevdə televiziya qülləsinə raket zərbəsi endirilib.

Etikxeber.az “unian.net”-ə istinadən xəbər verir ki, raket zərbəsindən sonra teleqüllənin ətrafında sıx tüstü təbəqəsi müşahidə olunur.

Hələlik xəsarət alanlar və ölənlər barədə məlumat verilmir.

***

Kiyevdə teleqüllənin bombalanması zamanı azı 5 nəfər həlak olub, daha 5 nəfər yaraanıb.

Bu barədə isə Ukrayna Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

“Kiyevin Şevçenkivski rayonunda saat 18:00 radələrində televiziya qülləsinin atəşə tutulması nəticəsində 5 nəfər ölüb, daha 5 nəfər yaralanıb. İş davam etdirilir”– deyə, Ukrayna DİN-in məlumatında qeyd olunub.

Nazirliyin paylaşdığı videoda teleqüllənin yaxınlığındakı parkinq ərazisindəki meyitlər və yanğının davam etməsi əks olunub.

Etikxeber.az

Read Previous

“Öz ixtisasıma uyğun işlə təmin olunmağımı, artıq müəllim işləmək istəyirəm”-MİNGƏÇEVİRLİ İKİ ÖVLAD ANASI JALƏ QARAYEVA ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT ETDİ

Read Next

Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı-PAYLAŞIM ETDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir