Tramp ABŞ-ın yeni prezidenti seçildi – YENİLƏNİB

ABŞ-da prezident seçkilərində səslərin hesablanmasının başlanmasından  sonra Respublikaçılar Partiyasından namizəd Donald Tramp liderliyini qoruyub saxlayır.

Etikxeber.az-ın xəbərinə görə, səslərin hesablanmasından təxminən 3 saat sonra Donald Tramp səslərin 49,9 faizini, onun rəqibi, Demokratlar Partiyasının namizədi Hillari Klinton isə səslərin 46,2 faizini toplayıb.

CNN telekanalının xəbərinə görə, Tramp seçkilərin yekun nəticəsinə təsir edə biləcək həlledici ştatlardan biri hesab edilən Floridada qələbə çalmağa yaxındır. Belə ki, ştat üzrə bülletenlərin hesablanmış 94 faizinin nəticəsinə görə, Tramp 49,2 faiz, Klinton isə 47,6 faiz səs toplayıb.

***

Ən son məlumata görə isə Klinton 215, Tramp  285 səs qazanıb və bununla da Respublikaçıların namizədi qalib gələrək, ABŞ-ın yeni prezidenti seçilib.

Etikxeber.az

Read Previous

Deputat AŞPA komitəsinin baş məruzəçisi qismində Britaniyada tədbirdə iştirak edəcək

Read Next

70 yaşlı Tramp əslində kimdir? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir