“Klintonun oğluyam – Hillari mənim ögey anam və Chelsea isə mənim qardaşımdır” – İDDİA

Amerika Birləşmiş Ştatlarında (ABŞ) noyabrın 8-də keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca namizədlər arasında rəqabət daha da kəskinləşir.

Etikxeber.az-ın Türkiyənin “Karar” qəzetinə istinadən verdiyi xəbərə görə, ABŞ-da keçiriləcək prezident seçkilərinə bir həftədən də az bir müddət qalan vaxtda, demokratların namizədi Hillari Klintonun ögey oğlu olduğunu iddia edən Danney Williams adlı qaradərili gənc Vaşinqtondakı Milli Mətbuat Klubunda mətbuat konfransı təşkil edib.

Konfransda çıxış edən D.Williams bildirib ki, “Mən Bill Klintonun oğluyam. Hillari mənim ögey anam və Chelsea isə mənim qardaşımdır”.

Bundan sonra D.Williams DNT testi edilməsini tələb edib.

ABŞ-ın Arkanzas ştatında yaşayan D.Williams iddiasının yeni olmadığını və 1990-ci ildən üzü bəri bunun subut etməyə çalışdığını qeyd edib.

Bill Klintonun oğlu olduğunu və narkotikdən asılı olan anasını kiçik yaşlarında itirdiyini irəli sürən D.Williams Klintonlar ailəsinin özüylə əlaqə saxlamasını istəyib.

Etikxeber.az

Read Previous

Xalq artisti Yaşar Nurinin xatirəsi anılacaq

Read Next

İcra başçısının qardaşı oğlu dələduzluqda ittiham olunur

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir