Klopp “Ən yaxşı məşqçi”, Messi “Ən yaxşı futbolçu” adına layiq görüldü…

İtaliyanın Milan şəhərində “Best FIFA Football Awards 2019” çərçivəsində ilin ən yaxşı baş məşqçisi açıqlanıb.

Etikxeber.az xəbər verir ki, FİFA versiyası üzrə bu ada İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yürgen Klopp layiq görülüb.

FİFA-nın “ən yaxşı məşqçi” mükafatına iki ingilis klubunun çalışdırıcıları – Pep Qvardiola (“Mançester Siti“) və Maurisio Poçettinonu (“Tottenhem”) iddia edirdilər.

Y.Klopp 2015-ci ildən “Liverpul” klubunu çalışdırır. O, klub ilə 2016-ci ildə UEFA Çempionlar Liqasının finalçısı, 2018-ci ildə isə qalibi olub.

Almaniyalı məşqçi, həmçinin “Borussiya Dortmunt” və “Maynz” klublarında çalışıb.

Həmçinin, FİFA “İlin ən yaxşıları“ müsabiqəsi üzrə digər qaliblərin adını açıqlayıb.

Milan şəhərində keçirilən qala gecəsində ilin ən yaxşı qadın və kişi məşqçiləri, ən yaxşı qadın və kişi futbolçuları olmaqla, ümumilikdə yeddi nominasiya üzrə mükafatlar təqdim olunub.

FIFA-nın prezidenti Canni İnfantino üç namizəd – Lionel Messi, Kriştiano Ronaldo, Vircil van Deyk kişi futbolçular arasında “The Best FIFA Football Awards“ mükafatının qalibinin adını elan edib. Səsvermənin nəticələrinə əsasına, İspaniyanın “Barselona” futbol klubunun kapitanı, argentinalı dünya ulduzu Lionel Messi bu mükafata layiq görülüb. Bununla da o, altı dəfə bu mükafatı qazanan ilk futbolçu kimi tarixə düşüb.

İngiltərənin “Liverpul” futbol komandasının baş məşqçisi Yürgen Klopp isə ən yaxşı baş məşqçi nominasiyasında Pep Qvardiola (“Mançester Siti“) və Maurisio Poçettinonu (“Tottenhem”) qabaqlayıb.

Qeyd edilməlidir ki, FIFA-nın ən yaxşıları nominasiyalarında qaliblər azarkeşlər və dünyanın 200 aparıcı media təmsilçisi (səslərin 50 faizi) və milli futbol komandalarının aparıcı oyunçuları və məşqçiləri (səslərin digər 50 faizi) tərəfindən səsvermə əsasında seçilir.

Etikxeber.az

Read Previous

“Ölkəmiz təhlükəsizliyə ciddi təhdid olan terrorizmin bütün formalarını qətiyyətlə pisləyir” – NAZİR – FOTO

Read Next

Parlamentin növbəti komitə iclası keçiriləcək – 4 KOMİTƏNİN İCLASI İSƏ HƏLƏLİK KEÇİRİLMƏYİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir