Klublararası dünya çempionatına yekun vurulur

Dekabrın 18-də Yaponiyada futbol üzrə klublararası dünya çempionatına yekun vurulacaq.

Etikxeber.az  FIFA-nın rəsmi saytına istinadla xəbər verir ki, finalda “Real Madrid” (İspaniya) və “Kaşima Antlers” (Yaponiya) komandaları üz-üzə gələcəklər. “Amerika” (Meksika) və “Atletiko Nasional” (Kolumbiya) klubları isə öz aralarında üçüncü yerin sahibini müəyyənləşdirəcəklər.

Xatırladaq ki, dekabrın 8-dən başlayan və altı konfederasiyadan yeddi komandanın qatıldığı turnir Osaka və Okayama şəhərlərində keçirilir. Yarışın ötənilki qalibi finalda Argentinanın “River Pleyt” komandasını məğlub edən İspaniyanın “Barselona” klubu olub.

Etikxeber.az

Read Previous

Ernani ilə müqavilə imzalandı

Read Next

TAP-ın SCADA telekommunikasiya və təhlükəsizlik sistemini “Honeywell SRL” şirkəti quraşdıracaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir