Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İnanıram ki, Köçəryan və Xaçaturov Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə də cavab verəcəklər
Etikxeber.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə Ermənistanın ikinci prezidenti və bir çox hərbi cinayətlərdə, xüsusilə, ötən ərsrin 90-cı illərinin əvvəllərində Azərbaycan torpaqlarınının işğalında, Xocalı, Meşəli, Qaradağlı, Ağdaban soyqırımlarında əli olmuş hərbi cani Robert Köçəryanın həbsi məsələsi ərtafında yaşananlara münasibətini bildirərkən deyib.
“Azərbaycanda Robert Köçəryan və Yuri Xaçaturovu tanımayan yoxdur. Biri 10 il Ermənistanın prezidenti, ikincisi isə 10 il Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub. Ancaq biz onları vəzifələrinə görə yox, Azərbaycan torpaqlarının işğalında, vətəndaşlarımızın öz dədə-baba torpaqlarından qovulmasında və qətlə yetirilməsində, Xocalı faciəsinin baş verməsində xüsusi rollarına görə tanıyırıq. Bu cinayətlərinə görə təəssüf ki, onlar indiyə qədər mühakimə olunmayıblar. Ancaq inanırıq ki, bu cinayətlərinə görə də onlar mütləq cavab verəcəklər”-deyən millət vəkili bildirib ki, R.Köçəryan artıq həbs edilib, Y.Xaçaturovun da həbs edilməsi gözlənilir:
“Baxmayaraq ki, Xaçaturov Rusiyanın aparıcı ölkə olduğu beynəlxalq təşkilatın rəhbəridir. Onlar 2008-ci ildə Ermənistanda konstitusiyalı hakimiyyəti zorla ələ keçirməkdə ittiham edilirlər. Qarabağda törətdikləri cinayətlər yada salınmır, ancaq Köçəryan-Xaçaturov məsələsi göstərir ki, başqa xalqa qarşı cinayət törədənlər heç zaman öz xalqına xoşbəxtlik gətirə bilməz. Cinayətkar həmişə cinayətkardır. O, hətta öz xalqına qarşı da mütləq cinayət törədir. Ermənistanda baş verənlər daxili siyasətin nüanslarıdır, ancaq tarix bir daha sübut etdi ki, insanlığa qarşı cinayət törədənlər mütləq cəzalarını alırlar”.


Digər millət vəkili Eldəniz Səlimov öz növbəsində Köçəryanın həbsinin çox müsbət hadisə və onun etdiyi qanlı əməllərə görə, layiqli cəzasını almalı olduğunu söyləyib:
“Köçəryan kimilərə insan demək insan və insanlıq adına bir günah, suçdur, təhqirdir. Onlarda insanlıqdan əsər-əlamət belə yoxdur. Əgər onlarda azacıq da olsa, insan qanı olsaydı, istər öz xalqlarına, istərsə də və ən əsası Azərbaycan xalqına, Azərbaycan türklərinə qarşı insanlıqdankənar vəhşiliklərə, qaniçənliklərə, murdarlıqlara, barbarlıq və hanniballıq əməllərinə yol verməzdilər. Ancaq açıq-aşkar görünən odur ki, onlarda insan qanı, insanlığın işarəti belə olmayıb. Odur ki, öz layiqli, haqq etdikləri cəzalarını da almalıdırlar və alacaqlar: bu gün Ermənistanda, sabahsa Azərbaycan məhkəməsində. Kimsənin də buna şübhəsi olmasın. Qatı cinayətkar, hərbi cani olan Köçəryan və onun kimi şərəfsizlər Azərbaycan məhkəməsində Azərbaycan xalqı qarşısında etdiklərinə görə cavab verəcək, məhşər ayağına çəkiləcəklər”.
Qeyd edək ki, Ermənistan KİV-ləri sabiq prezident R. Köçəryanın həbsinin uzun müddətdir Ermənistanda qeyri-konstitusion fəaliyyət göstərən rejimin aradan qaldırılmasından xəbər verdiyini yazır. Bildirilir ki, Köçəryan prezidentliyi dövründə konstitusiya quruluşunun devrilməsinə səbəb olub. Ölkə mətbuatı buna misal olaraq 1 mart hadisələrini göstərib. Qeyd olunur ki, Köçəryan xələfi Serj Sarkisyana da güc verib. Belə ki, Serj Sarkisyan 10 il ərzində hakimiyyəti devrilmiş konstitusiya quruluşu ilə idarə edib. Həmçinin, qeyd edilir ki, 1998-ci ild Köçəryan və siyasi tərəfdaşları seçki saxtakarlığı edərək 20 il müddətinə qanunsuz olaraq hakimiyyəti işğal ediblər. 2003-2004-cü illərdə Köçəryan hakimiyyətinə qarşı çıxanlar kütləvi şəkildə həbs olundular və sui-qəsdlərə məruz qalıblar. Köçəryan və Sarkisyan parlamentdə o, cümlədən ayrı-ayrı dövlət qurumlarında terror aktları həyata keçirib. Bir sözlə, Ermənistanda 20 illik hakimiyyət terror, cinayət və qorxu ilə idarə olunub.
Etikxeber.az





