Köçkünlərin müavinətləri Novruzdan əvvəl fevral və mart ayları bir yerdə veriləcək- AÇIQLAMA

Biz məcburi köçkünlərin adlı siyahılarını artıq toplamışıq. Sabah Dövlət Komitəsində müşavirə keçirib siyahılara baxacağam.

Etikxeber.az xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib.

Ə.Həsənov deyib ki, məcburi köçkünlərin müavinətləri Novruz bayramından əvvəl fevral və mart ayları bir yerdə veriləcək:

“Sayğac, qaz olmayan yerlər artıq dəqiqləşdirilib. 520 min adlı siyahı var, dəqiqləşdirmə mütəmadi, yəni hər ay aparılacaq. Ola bilər ki, bəzi yanlışlıqlar olub, bunlar da nəzərə alınacaq. Müraciət obyektivdirsə, mütləq nəzərə alınacaq. Qaz olmayan yerlərdə ödəniş əvvəlki qaydada aparılacaq, Dövlət Komitəsi tərəfindən ödəniləcək. Qaz olan yerlərdə isə məcburi köçkünlər adambaşına 36 manat alıb özləri ödəniş edəcəklər”.

Etikxeber.az

Read Previous

“Bu, İslamı terror dini kimi təqdim etməyə çalışan qüvvələrə bir cavab olacaq”- DEPUTAT

Read Next

900-dək Azərbaycan vətəndaşı Suriya və İraqda terrorçulara qoşulub- QULİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir