Köhnə kilsə yaşayış evinə çevrildi – FOTOLAR

“Evolution Design” şirkətinin memarları İngiltərədə yerləşən, XIX əsrə aid köhnə kilsəni yaşayış evinə çeviriblər.

Etikxeber.az “novate.ru” saytına istinadla xəbər verir ki, mütəxəssislərin qarşısında duran əsas vəzifələrdən biri də yenidənqurma zamanı binanın orijinal xüsusiyyətlərini saxlamaq olub.

Ev 4 yataq otağı, mətbəx və geniş qonaq otağından ibarətdir. Memarlar evin damına xüsusi işıq lyukları əlavə etdiklərindən otaqlar demək olar ki, bütün günü işıqlı olur.

Memarların fikrincə, şəhərin səs-küyündən qaçmaq istəyən hər bir kəs bu evi bir neçə günlük kirayə etməklə rahatlıq tapa bilər.

kilsa-evv

Etikxeber.az

Read Previous

Bakıda daha 5 marşrut xəttinin dayanacağı dəyişdirildi

Read Next

Yanvarın 25-nə USD/AZN rəsmi məzənnəsi 1,8559 manat səviyyəsində müəyyən olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir