Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu günə kimi 100-dən çox şirkət “Yaşıl dəhliz” buraxılış sisteminin iştirakçısı olub.
Etikxeber.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Vergilər. Şəffaflıq. İnkişaf” adlı forumda deyib.
O, qeyd edib ki, fevralın 1-dən tətbiqinə başlanılan “Yaşıl dəhliz” buraxılış sistemindən bu vaxta qədər 100-dən çox şirkət istifadə hüququna sahib olub:
“Bu sistemin tətbiqi məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi, şəffaflığın təmin olunması istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər”.
“Azərbaycan adambaşına düşən büdcə xərclərinə görə dünyada bir sıra ölkələrdən geri qalır. Buna səbəb real gəlirlərin optimallaşdırılmaması, düzgün nəzərə alınmamasıdır”.
Bunu isə Forumda Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Komitə sədri bildirib ki, dünyanın əksər ölkələrində adambaşına düşən büdcə xərcləri Azərbaycandan 5-6 dəfə çoxdur:
“Ümumi Daxili Məhsulda (ÜDM) büdcənin xüsusi çəkisini 33-35 faizə qaldırmışıq. Biz bunu qoruyub-saxlamalıyıq. İnkişaf etmiş ölkələr heç vaxt bu göstəricidən aşağı düşmür, çünki onlarda sosial sistem yaranıb.
Büdcədən maliyyələşən təşkilatlar artır, bunun üçün büdcə xərclərini artırmaq lazımdır. Dünyanın əksər ölkələrində adambaşına düşən büdcə xərcləri Azərbaycandan 5-6 dəfə çoxdur. Bu geriliyi aradan qaldırmalıyıq.
Qısa zamanda kölgə iqtisadiyyatında dövriyyələr azalır. Belə dövriyyələr həddindən artıq çoxdur. Kölgə iqtisadiyyatının 10-15 faiz azaldılmasına nail olsaq, dünya miqyasında da göstəricilərimiz yaxşılaşacaq”.
Etikxeber.az