“Laboratory of Art” sosial platforması “Kömək edən əllər” aksiyası çərçivəsində-Ramazan Bayramı münasibətilə bu dəfə Şəhid ailələrini ziyarət və onlara bayram sovqatı hədiyyə edib.
Etikxeber.az-ın xəbərinə görə, bu gün 3 Şəhid ailəsinə-Cavidan Ağayevin, Yusif Budaqovun və Fərid Əliyevin ailəsinə baş çəkilib.
“Laboratory of Art” sosial platformasının rəhbəri Fərid Nəsibzadənin sözlərinə görə, bu aksiya platforma üzvlərinin dəstəyi ilə müxtəlif milli və dini bayramlarımızda xüsusi diqqətə ehtiyacı olan ailələri əhatə etməyi nəzərdə tutur:
“Bu sayca üçüncü aksiyadır. Şəhidlər qürur mənbəyimizdir və onları unutmamaq, unutdurmamaq hər soydaşımızın borcudur. Aksiyada dəstəyə görə “Laboratory of Art” sosial platformasının əlini daşın altına qoymuş hər bir üzvünə, eləcə də Etikxeber.az saytının rəhbəri Kamil Həmidova-Həmzəoğluna şəxsən təşəkkür edirəm”.





Etikxeber.az