“Komandir qol saatını mənə hədiyyə edəcəkdi, amma…”-QAZİ KƏNAN ABDULLALI – İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ-TƏK ÖVLAD TELMAN ƏLƏKBƏROV VƏ İKİ QARDAŞDAN BİRİ ELVİN BABAYEVİN ƏBƏDİYYƏTƏ UĞURLANMALARINDAN 6 İL KEÇİR – FOTOLAR – YENİLƏNİB

Bakı şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Telman İqdam oğlu Ələkbərov və Elvin Əkbər oğlu Babayevin də bu gün Anım günləridir.

Hər iki Şəhidin də bu gün-7 oktyabr 2026-cı il tarixində Əbədiyyətə uğurlanmalarından altı il keçir.

Anım günləri bağlı bu gün hər iki Şəhidin Hərbi Memorial Məzarlıqdakı (İkinci Fəxri Xiyaban və İkinci Şəhidlər Xiyabanındakı) məzarları ziyarət olunub.

Məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhlarına dualar olunub, “Quran” oxunub, qısa çıxışlar edilib.

Adları çəkilən Şəhidlərin Vətən naminə fədakarlıqlarından söz açılıb.

Şəhid Telman Ələkbərov barədə xatirələrini bölüşən Qazi Kənan Abdullalı bildirib ki, komandiri ona saat hədiyyə edəcəkmiş.

“Komandirimiz müharibəsən xeyli qabaq özünə qol saatı almışdı…Söz vermişdi ki, ona sənə hədiyyə edəcəyəm…Amma qolunda da elə həmin saatla Şəhid oldu (gözləri dolur)…Mən özüm də müharibə iştirakçısiyam, 3-cü qrup müharibə, Qarabağ əliliyəm, bir gözüm yoxdur, bir gözümü itirmişəm…Amma mənim əziyyətim, mənim haqqım Şəhidlərimizin, Telman Ələkbərovun əziyyəti, haqqı yanında heç nədir, çox aşağıdır…”-deyə, sözlərini tamamlayıb.

Şəhidlərin məzarlarını ziyarətdən sonra ailələrinin-valideynlərinin yaşadığı evdə adlarına ehsan süfrələri açılıb, bir daha ruhlarına dualar olunub.

Qeyd edək ki, hər iki Şəhidin məzarını ziyarətdə ailə üzvləri, Şəhid ailələri, Qazilər, Nəsimi və Sabunçu rayonunun rəhbər və məsul şəxsləri, din xadimləri iştirak ediblər.

Etikxeber.az-ın xəbərinə görə, Telman Ələkbərov 1991-ci ilin martın 30-da Bakı şəhərinin Sabunçu rayonunda dünyaya gəlib.

Evin-ailənin tək övladı olub.

Anası Səmayə xanım tərəfindən təkbaşına böyüdülüb.

1997-2003-cü illərdə Sabunçu rayonu 215 nömrəli tam orta məktəbdə təhsil alıb.

2003-2008-ci illərdə orta təhsilini Azərbaycan Respublikası Olimpiya İdman Liseyində davam etdirib.

2009-cu ildə həqiqi hərbi xidmətə çağırılıb, 2011-ci ildə Goranboyda xidmətini başa vurub.

2013-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb.

Azərbaycan Ordusunun zabiti olub, Baş leytenant hərbi rütbəsini daşıyıb.

İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib və oktyabr ayında Ağdam istiqamətində döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 2020-ci ilin ilin oktyabrın 7-də Bakı şəhərində, Hərbi Memorial Məzarlıqda Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medal və ordenlə təltif olunub.

29 yaşında Şəhidlik məqamına ucalan Telman subay olub.

Bakıda adını daşıyan küçə var.

***

Elvin Babayev isə 2001-ci ilin fevral ayının 28-də Gəncə şəhərində dünyaya gəlib…

Ailənin iki oğlan övladından bir olub…

Uşaq vaxtlarından anaları Kəmalə xanım, Kəmalə Rəhimova ona və qardaşına həm analıq, həm də atalıq edib…

Ailəsi ilə Gəncədən Bakı şəhərinə köçüblər…

2008-2019-ci illırdə orta məktəbdə oxuyub…

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra, 2019-cu ildə həqiqi hərrbi xidmətə yollanıb…

Bir il üç ayın Əsgəri kimi İkinci Vətən Müharibəsinə qatılıb…

Döyüş yolu 6 gün çəkib və oktyabrın 2-də Ağdam-Xocavənd istiqamətində qəhrəmancasına Şəhid olub…

Nəşi beş gün sonra-oktyabrın 7-də Hərbi Memorial Məzarlıqda (İkinci Fəxri Xiyabanda) Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra medallarla və bu ilin iyun ayının 25-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Elvin də subay idi.

Məkanları cənnətlik olsun!

Nurlar içində yatsınlar!

18:18

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sübhan Abdurahmanlı, Sübhan Məmmədli, Turqut Xəlilbəyli, Hüseyn Tağıyev və Sənan Kərimovun Anım-Şəhadət günlərində-HƏRBİ MEMORİAL MƏZARLIQDAKI MƏZARLARI ZİYARƏT OLUNDU, İGİDLİK VƏ QƏHRƏMANLIQLARINDAN BƏHS EDİLDİ, ANIM MƏCLİSLƏRİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Özbək, Qazax və Qırğız qonaqlar-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ SÜBHAN ABDURANMANLI VƏ ELVİN BABAYEVİN MƏZARINI ZİYARƏT ETDİLƏR… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir