“Komitə iclasları regionlarda da keçirilsin…”-NAQİF HƏMZƏYEVDƏN MARAQLI TƏKLİF

Milli Məclisin İnsan hüquqları komitəsinin QHT-lərlə görüşlər keçirməsi məsələsi çox yaxşıdır. Hətta biz komitə iclaslarını bölgələrdə də keçirə bilərik. Bölgələrdə olan QHT-lərlə də görüşlər keçirilməlidir. Regionlarda fəaliyyətimizi davam etdirəriksə, müsbət irəliləyişlər ola bilər.

Etikxeber.az xəbər məlumatı verir ki, bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, bununla Azərbaycanın tək Bakıdan ibarət olmadığı göstərilmiş olar.

“Xüsusilə regionlarda hüquqları tapdalanan insanların hüquqların bərpası üçün bütün deputatlar və komitəmiz birgə işlər görə bilərik”-deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“İctimai Nəzarət Şurası müstəqil olmalıdır…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ – HİKMƏT BABAOĞLU, RAZİ NURULLAYEV, TAHİR KƏRİMLİ NƏDƏN DANIŞDILAR? – YENİLƏNİB – (1)

Read Next

Livan erməni ailələrindən biri millət vəkili Tural Gəncəliyevin-ŞUŞADAKI EVİNƏ KÖÇÜRÜLÜB…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir