Komitə sədri: Adlar və soyadlar məsələsi Nazirlər Kabinetinin hansısa qərarı ilə tənzimlənə bilməz

“Adlar və soyadlar haqqında” yeni qanun layihəsi parlament müzakirələrinə çıxarıla bilər.

Etikxeber.az xəbər verir ki, bu barədə akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

Hələ bir neçə il öncə bu yöndə qanun layihəsini hazırladığını, onu Azərbaycanın ən tanınmış dilçiləri, ədəbiyyatçıları ilə müzakirə etdiyini xatırladan komitə sədri bildirib ki, belə bir sənədin qəbuluna artıq ciddi ehtiyac duyulur.

“O zaman bu qanun layihəsini hazırlayarkən dedilər ki, 1991-92-ci illərdən adlar və soyadlar məsələsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Amma şəxsən mən  hesab edirəm ki, bu elə bir məsələdir ki, o adi bir qərarla tənzimlənə bilməz.

Bu baxımdan da, “Adlar və soyadlar haqqında” qanun layihəsini  bir daha təkmilləşdirib, ilk öncə komitəmizin üzvlərinin, sonra isə parlamentin müzakirəsinə çıxarmağı nəzərdə tutururuq. Çox güman ki, yaz sessiyasının gedişində də bu sənədi müzakirələrə çıxara biləcəyik.

Cünki bir daha qeyd edirəm ki, artıq Azərbaycanımızın müstəqilliyinin 26-cı ilidir və bu baxımdan, adlar və soyadlarla bağlı məsələni  tənzimləmək üçün yeni qanuna ehtiyac var”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Etikxeber.az

 

Read Previous

“İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanuna ehtiyac var- QƏNİRƏ PAŞAYEVA

Read Next

“Bu haqda parlamentimizin rəhbərliyilə bir daha müzakirələr aparacam” – HÜSEYNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0