Komitə sədri: “Bizdə hamı sanki susmağa üstünlük verir”

Bizdə hər kəs demək olar ki, ancaq özünü düşünür, kimsə başqasının yadına belə düşmür“.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Regional məsələlər komitəsinin parlamentin qarşıdan gələn 2016-cı il payız sessiyası ilə bağlı sentyabrın 9-da keçirilən ilk iclasında sözügedən komitənin sədri Arif Rəhimzadə dilə gətirib.

Komitə sədri deyib ki, Azərbaycanda insanlar arasında icimai qınaq məsələsi yox dərəcəsindədir.

Kim nə edir-etsin, ona fikir verən, tənqid edən yoxdur. Hamı sanki susmağa üstünlük verir. Bu, heç də yaxşı hal deyil. Bunu da təəssüf hissi ilə demək istəyirəm ki, bu məsələnin kökündə millətimizin hələ də istənilən səviyyədə inkişaf etməməsi dayanır…“-deyə, A. Rəhimzadə sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Millət vəkili idmanda da ikili standartlara yol verilməsinə qəzəbləndi

Read Next

“Yasamal parkı itlərin “görüş klubu”na çevrilib”- Fəzail İbrahimli

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir