Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sentyabrın 17-də Milli Məclisin (MM) komitə sədrlərinin iştirakı ilə iclas keçirilib.
Bu haqda Etikxeber.az-a Milli Məclisdən (MM) məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin yaranmasının, Azərbaycan parlamentarizm tarixin 100 illik yubileyi ilə əlaqədar olaraq MM-də komitə sədrlərinin, parlamenti beynəlxalq qurumlarda təmsil edən bir neçə deputatın və nümayəndə heyətlərinin rəhbərləri iştirakı ilə iclas keçirilib.
İclasda komitə sədrlərinə və deputatlara sentyabrın 21-də keçiriləcək xüsusi iclasla bağlı bir sıra tapşırıq və təlimatlar verilib.
“Çünki 21-də keçiriləcək iclas adi iclas deyil. Azərbaycan tarixində, xüsusilə də, parlamentarizm tarixində ən önəmli iclaslardandır və onun ən yüksək səviyyədə baş tutması lazımdır. Odur ki, iclas öncəsi belə bir iclasa ehtiyac duyuldu”-deyə, MM-dən sonra bildirilib.
Etikxeber.az