Komitə sədri AŞPA-nın komitə iclasında iştirak edəcək

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov martın 21-də Fransanın paytaxtı Parisə səfər edəcək.

Etikxeber.az xəbər verir ki, millət vəkili burada keçiriləcək Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət komitəsinin iclasında iştirak edəcək.
İclasda texnologiyaların inkişafı və insan hüquqları, Şərqi və Mərkəzi Avropada milli azlıqların dillərinin, Avropa xalqlarının mədəniyyət nümunələrinin, adət-ənənələrinin qorunub saxlanılması, media azadlığı və digər mövzularda müzakirələr aparılacaq.
Millət vəkili müzakirə olunacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq.
Səfər martın 26-da başa çatacaq.

Etikxeber.az

Read Previous

Novruz bayramı ilə bağlı məktəblərdə qeyri-dərs günləri açıqlandı

Read Next

Dənizkənarı Milli Park ərazisində “İctimai internet” şəbəkəsi istifadəyə verilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir