Komitə sədri Avroparlamentin yeni seçilmiş rəhbərliyinə Xocalı soyqırımı ilə bağlı müraciət ünvanlandı

Avronest PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Fuad Muradov Avropa Parlamentinin yeni seçilmiş rəhbərliyinə Xocalı soyqırımı ilə əlaqədar müraciət ünvanlayıb.

Etikxeber.az xəbər verir ki, müraciətdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı haqqında məlumat verilir. Bildirilir ki, bu il 25-ci ili tamam olan Xocalı soyqırımı Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində törədilmiş ən böyük qətliamdır. Müraciətdə Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyi, indiyədək 10-dan çox ölkənin parlamenti və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımının insanlıq əleyhinə cinayət kimi tanındığı diqqətə çatdırılır.

Qeyd edilir ki, ATƏT-in Minsk qrupu münaqişənin tənzimlənməsində yeganə vasitəçi olsa da, məsələnin həlli istiqamətində ciddi irəliləyişlər əldə edilməyib.

Müraciətin sonunda Avropa Parlamentinin rəhbərliyindən Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi xahiş edilir və bildirilir ki, bu addımın atılması gələcəkdə belə cinayətlərin təkrarlanmamasına zəmin yaradacaq.

Etikxeber.az

Read Previous

Qeyri-neft sektorunda məhsul istehsalı 13 faiz artıb?

Read Next

“Kim Azərbaycana düşmən münasibət bəsləyərsə, Türkiyə səssiz qalmayacaq”- TÜRKİYƏDƏN AZƏRBAYCANIN DÜŞMƏNLƏRİNƏ SƏRT BƏYANAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir