Komitə sədri: “Ötən müddətdə komitəyə 827 sənəd daxil olub ki…” – FOTO

Sentyabrın 27-də Milli Məclisin (MM) qarşıdan gələn payız sessiyası ilə bağlı parlamentin İnsan hüquqları komitəsinin ilk iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, Milli Məclis (MM) sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova gündəliyə daxil olan məsələlər barədə məlumat verib. İclasda Milli Məclisin 2017-ci il yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə hesabat dinlənilib.

Sonra B. Muradova bildirib ki, komitəyə daxil olan müraciətlər, edilən şikayətlər, vətəndaşların qəbulu, komitədə baxılan qanunvericilik işləri ilə bağlı təhlil aparılıb:

“Komitə parlamentdə müzakirə olunan qanunlarla bağlı öz səlahiyyətləri çərçivəsində rəylərini verib. Eyni zamanda, komitəyə daxil olan qanun layihələri müzakirə edilib və həmin layihələr plenar sessiyaya tövsiyə olunub”.

Komitə sədri həmçinin bildirib ki, 2017-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitənin 10 iclası keçirilib və həmin iclaslarda 11 məsələ müzakirə edilib:

“Bu məsələlərdən yeddisi qanun layihəsi, biri isə ombudsmanın illik məruzəsi olub. Komitə bu müddət ərzində bir bəyanat da qəbul edib”.

B. Muradovanın sözlərinə görə, ötən müddətdə komitəyə 827 sənəd daxil olub, komitə rəhbərliyi tərəfindən isə 168 vətəndaş fərdi şəkildə qəbul edilib. 181 müraciətdən 175-nə yazılı cavab alınıb, ümumiyyətlə isə müraciət edilən məsələlər 97 faiz öz həllini tapıb.

İclasda daha sonra komitənin 2017-ci il payız sessiyası üçün iş planının layihəsi müzakirə edilib. Bildirilib ki, iş planına səkkiz məsələ daxil edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Aramızda “roma”çılara yer olmamalıdır!” – DEPUTATDAN ÇAĞIRIŞ

Read Next

“Üzürü günahından betər buna deyiblər…” – QƏNİRƏ PAŞAYEVA DA “OD” PÜSKÜRDÜ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir