Komitə sədri qanun layihələrinin müzakirəsinin ləngiməsinə aydınlıq gətirdi

Rafael HÜSEYNOV: Yazılı abidələrlə bağlı sənəd çox mükəmməl bir qanun layihəsidir və düşünürəm ki, bu, bir model qanuna çevriləcək ki, başqa ölkələr də bundan istifadə edərək, öz qanunlarını yaradacaqlar.

Qanun layihələrini hazırlamaq komitələrin borcu, vəzifəsi, ancaq onların plenar iclaslara hansı qrafik üzrə və nə şəkildə salınması artıq Katibliyin, Milli Məclis rəhbərliyinin öhdəliyidir, vəzifəsidir. Özümüzdən asılı olan işləri də komitə olaraq çalışırıq ki, səliqə ilə yerinə yetirək.

Bunu Etikxeber.az-a açıqlamasında akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov  yaz və növbədənkənar sessiyaların başa çatmasına baxmayaraq, hələ də “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Aşıq sənəti haqqında” və digər bir neçə qanun layihəsinin müzakirələrə çıxarılmamasına münasibətini bildirərkən deyib.

“O qanun layihələrini ki, biz hazırlamışıq, onların Azərbaycanın qanun şəbəkəsində boş yeri var. Yəni, bizim mədəniyyət haqqında ana qanunumuz var. Faktik olaraq o sahə qanunları olmasa belə, bu qanun əsasında işləri qurmaq olar. Lakin  bizim ayrı-ayrı sahələr üzrə qanunlarımız olursa, bu, qanun şəbəkəsinin daha mütəşəkkil, daha səmərəli işləməsinə imkan yarada bilər”-deyən komitə sədrinin sözlərinə görə, konkret olaraq,  muğam haqqında qanun layihəsi dönə-dönə mütəxəssislərin  müzakirəsindən  keçib, müsbət dəyərləndirilib.

“Düşünürəm ki, onun artıq qəbul edilməsinə ehtiyac var. Ona paralel olan “Aşıq sənəti haqqında” qanun layihəmiz də, demək olar ki, hazırdır, sadəcə, muğamın artıq plenar iclaslara çıxışından sonra biz onun müzakirələrini təşkil edəcəyik.

Həmçinin “Yazılı abidələr haqqında” haqqında qanun layihəsi də düşünürəm ki, bizim üçün son dərəcə böyük əhəmiyyət kəsb edir. Azərbaycanın mənəvi sərvətləri sırasında əlyazmalarımızın, bizim bədii irsimizin böyük mənası var və bunlar da həm səs yazılarında, həm əlyazma kitablarında, həm kino-lentlərdə, həm də daş üzərindəki yazılarda əksini tapıb.

meclis-oqtay-1

rafael-2

Bu da çox mükəmməl bir qanun layihəsidir və düşünürəm ki, bu, bir model qanuna çevriləcək ki, başqa ölkələr də bundan istifadə edərək, öz qanunlarını yaradacaqlar. Yəni, uzun sözün qısası, bu qanun layihələri üzərində, sadəcə, təkmilləşdirmə işləri gedə bilər, yəni, hansı məqamları bir az da gücləndirə bilərik və sair.

Düşünürəm ki, hər halda gec-tez bu qanun layihələrinə müraciət edəcəklər və plenar iclaslara da çıxaracaqlar”-deyə, R. Hüseynov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Plastik məhsulların istehsalı və satışı qadağan olunur…

Read Next

Bayraqla bağlı iki qanuna hansı dəyişikliklər edilir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir