Komitə sədri: “Sağlam tənqidlə təhqirin bir-birinə qarışdırılmamasını istəyirik…”

“Mətbuatda haqqımızda olar-olmaz hər şey yazılır, qeyd edilir. Əslində bunlardan da incimirik, hər şeyi anlayışla qarşılmağa çalışırıq, amma təbii ki, sağlam tənqidlə təhqirin də bir-birinə qarışdırılmamasını istəyirik”

“Hesabat dövründə, yəni, 2016-cı ilin payız sessiyasında Əmək və sosial siyasət komitəsinin 10 iclası keçirilib və 7 qanun layihəsi müzakirə olunaraq, parlamentin plenar iclasına tövsiyə edilib”.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli adıçəkilən komitənin parlamentin qarşıdan gələn yaz sessiyası ilə bağlı yanvarın 26-da keçirilən ilk iclasında deyib.

Komitə sədri deyib ki, hesabat dövtündə ən çox müzakirə edilən qanun layihəsi “Turizm haqqında” qanunvericilik aktı olub:

“Bu sənəd ötən sessiyada komitəmizdə 4 dəfə müzakirə olunub. Çünki irihəcmli, böyüktutumlu və çox əhəmiyyətli qanun layihəsidir. Eyni zamanda bildiyiniz kimi,  ölkə Prezidenti cənab İlham Əliyevin ölkədə turizmin inkişafı ilə bağlı çoxlu sayda sərəncamları var. Odur ki, bu sənədi tələm-tələsik müzakirələrə təqdim, qəbul edə bilmərik. Onun üzərində dəfələrlə işlənilib və hələ bundan sonra da işləniləcək, o, tam təkmil hala gətiriləcək. Ondan sonra isə parlamentin plenar iclasına tövsiyə olunacaq. Çox güman ki, onu bu sessiyada plenar iclasa çıxarmaq və hətta, qəbul etmək mümkün olacaq. Onun qəbuluna çox böyük ehtiyac var”.

H. Rəcəbli sonra deyib ki, payız sessiyası-hesabat dövründə, konkret olaraq, 4 ay ərzində komitəyə vətəndaşlardan 840 ədəd ərizə və şikayət daxil olub:

“Demək olar ki, parlament komitələri arasında ən çox ərizə və şikayətlər daxil olan komitə bizim komitədir. Bu da təsadüfi deyil. Çünki bizim komitə daha çox sosial məsələlərlə, bu sahəni tənzimləyəcək qanunların hazırlanması və müzakirələrə çıxarılması ilə məşğul olur. Ona görə də bizim komitəyə üz tutanların sayı digər komitələrlə müqayisədə daha çoxdur.  Bu yerdə onu da qeyd edim ki, həmin ərizə və şikayətlərin ən azı 700-ə yaxını öz müsbət həllini tapıb.

Bununla yanaşı, hesabat dövründə komitə üzvləri və bütövlükdə komitə tərəfindən 320 nəfər qəbul olunub, dinlənilib. Bunlar da sadəcə, rəsmi qeydiyyatdan keçənlərdir. Yəni, bütövlükdə qəbul etdiyimiz vətəndaşların sayı bundan qat-qat çoxdur. Biz bu məsələdə də digər komitələrdən öndəyik, ən çox vətəndaş qəbul edən yenə bizim komitədir”.

H. Rəcəbli onu da deyib ki, cəmiyyətdə sosial islahatlar ən ağır və ən ağrılı islahatlardır.

“Bu, uzun zaman çəkən bir prosesdir. Bu islahatları bir cərrahın bir xəstəsini cərrahi əməliyyat etməsinə bənəztmək olar. Yəni, cərrah əlinə  bıçağını götürür, xəstəni əməməliyyat edir, həmin xəstə ağrıyır, əməliyyat onun bir müddət incidir, acıdır və buna görə ilk vaxtlar həmin həkimi danlayır, söyür, ancaq sonra bu ağrı-acı keçir və o həkimə öz minnətdarılğını bildirir.

Bu baxımdan, sosial islahatlar da ilk dövrlərdə ağrılı olur, bəziləri onun qəbul edə bilmir, təhriflər, düzgün anlaşılmamalar olur və sair. Ancaq sonradan hər şey yoluna, qaydasına düşür. Bu islahatların lazımlılığı və vacibliyi anlaşlır. Bizim komitə də bu məsələlərlə məşğul olduğu, islahatlar prosesində önəmli yer aldığı üçün bəzən bizlər də ilk anlar tənqid, hətta, təhqir hədəfinə çevrilirik.

Mətbuatda haqqımızda olar-olmaz hər şey yazılır, qeyd edilir. Əslində bunlardan da incimirik, hər şeyi anlayışla qarşılmağa çalışırıq, amma təbii ki, sağlam tənqidlə təhqirin də qarışdırılmamasını istəyirik. İstəyirik ki,  bu tənqidlər təhqirlə əvəz olunmasın, sağlam, işə kömək edəcək tənqidlər, iradlar olsun. Biz də bunları nəzərə almağa hər zaman hazırıq”-deyə, H. Rəcəbli daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“AŞPA Ermənistana buna son vermək üçün təzyiq göstərməlidir” – PAŞAYEVA

Read Next

“Repatrasiya haqqında” da qanun olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir