Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Kompüter oyunları uşaqlarda asılııq yaradır.
Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Sona Əliyeva oktyabrın 3-də parlamentin İnsan hüquqları komitəsinin iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, kompüter oyunları həm uşaqları həyəcanlandırır, həm onların səhhətinə ziyan vurur, həm onlarda aludəçilik, asılılıq yaradır və nəticə etibarı ilə onları qumara sürükləyir:
“Bizdə qumar oyunları qadağan edilib. Amma kompüter oyunları sonuc etibarı ilə uşaqlarda həm asılılıq yaradır, həm də onlardan potensial qumar oyunları istifadəçisi formalaşdırır. Ona görə bu məsələlərə ciddi nəzarət lazımdır. Bəzən valideynlər məsuliyyətsizlik edirlər, bu məsələlərə nəzarət etmirlər, amma sonda həm övladları, həm də özləri ziyan, əzab-əziyyət çəkirlər”.
Millət vəkili internet, kompüter, asılılığının bəzən intiharlara da gətirib çıxardığını deyib:
“Bu il, yay aylarında bir neçə intihar hadisəsi baş verdi. Xüsusilə də, gənclər, yeniyetmələr arasında. Bunlar isə hər birimizin yaraladı, ürəyimizi parçaladı. Amma sonradan məlum oldu ki, həmin intihar edən gənclərdən biri internet, kompüter alidəçisi olub, ondan asılı vəziyyətə düşüb və sonda da belə bir hərəkətə əl atıb. Odur ki, bu məsələrə nəzarət lazımdır, valideynlər, məktəblər bu məsələdə ciddi və diqqətli olmalıdırlar”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az