Konfrans Liqası: “Qarabağ” “Aberdin”ə qalib gəldi-QRUP MƏRHƏLƏSİNƏ YÜKSƏLDİ – YENİLƏNİB – (1)

“Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

Etikxeber.az xəbər verir ki, ilk dəfə keçirilən Konfrans Liqasında mübarizə aparan Ağdam klubu Şotlandiyada “Aberdin”lə görüşəcək.

Pley-off mərhələsinin cavab oyunu qrupa vəsiqənin taleyinə aydınlıq gətirəcək. Bakıda keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri üstünlüyünü qorumağa çalışacaq.

Son 7 ildə bir dəfə Çempionlar Liqası, altı dəfə Avropa Liqasının qrupunda oynayan “Qarabağ” uğurlu seriyasını davam etdirməyə köklənib. Təmsilçimiz 3-cü dərəcəli klub turnirində də buna nail olsa, hər üç yarışda qrupa düşən ilk komandalar sırasında olacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Konfrans Liqası
Pley-off mərhələsi
Cavab oyunu
26 avqust
22:45. “Aberdin” (Şotlandiya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: 
Harald Lexner (Avstriya)
Aberdin. “Pittodri” stadionu
İlk oyun – 0:1

Eyni zamanda, Neftçi” bu gün növbəti sınağına çıxacaq.

Bakı klubu Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununu keçirəcək.

Samir Abasovun yetirmələri İsraildə Hayfa “Makkabi”si ilə görüşəcək. Bakıda məhsuldar heç-heçəyə imza atan “ağ-qaraıar” çətin səfər matçında qrupa vəsiqə qazanmağa çalışacaq. 9 il əvvəl Avropa Liqasında qrupa düşən bakılılar tarixində ikinci dəfə uğura nail olmağa köklənib.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Konfrans Liqası
Pley-off mərhələsi
Cavab oyunu
26 avqust
21:00. “Makkabi” (Hayfa, İsrail) – “Neftçi” (Azərbaycan)
Baş hakim: 
Aleksandar Stavrev (Şimali Makedoniya)
Hayfa. “Sammi Ofer” stadionu
İlk oyun – 3:3

06:50

***

“Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Ağdam klubu Konfrans Liqasında pley-off mərhələsinin cavab matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri Şotlandiyada “Aberdin”lə qarşılaşıb. Ötən həftə Bakıda keçirilən ilk görüşdə 1:0 hesablı qələbə qazanan “Qarabağ” bu dəfə də qalib gəlib.

Ağdamlılar cütün taleyinə artıq ilk yarıda aydınlıq gətirib. Fasiləyədək iki qol vuran Qurbanovun komandası ikinci yarıda fərqi daha da artırıb. Bununla da təmsilçimiz səfərdə də qələbəyə sevinib. Böyük britaniyalılar yalnız uzatma dəqiqələrində penalti ilə təsəlli qoluna sevinərək darmadağından xilas olub.

Azərbaycan Premyer Liqasının vitse-çempionu bununla da Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bu, klubun tarixində ardıcıl 8-ci qrup mərhələsi olacaq. Ağdamlılar bir dəfə Çempionlar Liqası, 6 dəfə Avropa Liqasında əsas raunda yüksəlib.

Qeyd edək ki, “Qarabağ” əvvəlki mərhələlərdə İsrail “Aşdod”u (0:0, 1:0) və Kipr AEL-i (1:1, 1:0) mübarizədən kənarlaşdırıb.


Konfrans Liqası
Pley-off mərhələsi
Cavab oyunu
26 avqust
22:45. “Aberdin” (Şotlandiya) – “Qarabağ” (Azərbaycan) – 1:3
Qollar: 
Luis Ferqyuson, 90+1 (pen.) – Toral Bayramov, 8, Kadi Borqes, 18, Abdullah Zubir, 72
Baş hakim: Harald Lexner (Avstriya)
“Aberdin”: 1. Co Lyuis, 2. Ross Makkrori, 3. Cek Makkenzi, 5. Deklan Qallaher, 8. Skott Braun (k), 16. Funso Ojo, 19. Luis Ferqyuson, 22. Kelvin Remsi, 9. Kristian Ramirez, 20. Teddi Cenks, 17. Conni Hayes
Ehtiyat oyunçular: 25. Hari Vuds, 30. Tom Ritçi, 21. Cek Qurr, 31. Kyeran Nqvenya, 35. Meyson Hankok, 15. Dilan Makqouç, 24. Din Kempbell, 10. Neyl Makqin, 14. Cey Emmanuel-Tomas,
Baş məşqçi: Stiven Qlass

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev, 18. İsmayıl İbrahimli, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 11. Xayme Romero, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Zamora, 22. Musa Qurbanlı, 19. Filip Ozobiç, 29. Marko Veşoviç
Baş məşqçi: Qurban Qurbanov
Aberdin. “Pittodri” stadionu
İlk oyun – 0:1

***

Bakının “Neftçi” klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

Turnirin pley-off mərhələsinin cavab oyunları çərçivəsində Bakı təmsilçisi İsraildə “Makkabi” (Hayfa) klubunun qonağı olub

“Sammi Ofer” stadionunda keçirilən matçda “Neftçi”nin start heyətində Aqil Məmmədov, Harramiz Soareş, Voislav Stankoviç, Uqu Baştu, Mert Çelik, Fəhmin Muradbəyli, Romen Bask, Mamadu Kane, Emin Mahmudov (k), Sezar Meza Kolli və Sabir Buqrin yer alıblar.

“Makkabi”nin heyətində isə meydana Josua Coen, Beqdan Planiç, Ori Dahan, Rayan Strein, San Menaçem, Mohammed Abu Fani, Joze Rodriqes, Tyaron Çeri (k), Din Devid, Ömər Atzili və Dolev Haziza çıxıblar.

Şimali Makedoniyadan olan FIFA referisi Aleksandr Stavrevin idarə etdiyi oyun “Makkabi”nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hayfa təmsilçisinin heyətində San Menaçem, Ömər Atzili, Dolev Haziza və Mohammed Abu Fani fərqləniblər.

Qeyd edək ki, komandalar arasında Bakıda təşkil olunan ilk oyun 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə, “Neftçi” klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

Mübarizəyə UEFA Çempionlar Liqasından start verən Bakı təmsilçisi “Dinamo”dan (Tbilisi) üstün olsa da, növbəti mərhələdə Yunanıstanın “Olimpiakos” komandası ilə bacarmayıb.

UEFA Avropa Liqasına düşən komanda iki matçın nəticəsinə görə, Finlandiyanın HİK komandasına məğlub olub və UEFA Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ qazanmışdı.

Etikxeber.az

Read Previous

“O, hər zaman Azərbaycan insanının, Azərbaycan vətəndaşının yanındadır”-KAMİLƏ ƏLİYEVA YAZDI

Read Next

İkinci Vətən Müharibəsi Şəhidləri: Evin tək oğlu Nicat İbişov və ailənin iki oğlan övladından biri-ali təhsilli Aqil Mirzəliyev-BU GÜN HƏR İKİ ŞƏHİDİN CƏNNƏTDƏKİ İLK AD GÜNÜDÜR… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir