“Konstitusiyaya əməl et!” – ÇAĞIRIŞINA MÜXALİFƏT VƏ YAP NECƏ REAKSİYA VERƏCƏK?

“Konstitusiyaya əməl et!”

Etikxeber.az xəbər verir ki, bu təkliflə Müsavat Partiyasının başqanı Arif Hacılı çıxış edib.

O, öz “Facebook” səhifəsində təklifini bu cür əsaslandırıb:

“Moskva sakini 17 yaşlı Olqa polisə Konstitusiyanı oxuyur, mahiyyəti izah edir. 

Gözəl təcrübə deyilmi? 

Azərbaycanda hətta öz hakimiyyətləri dövründə qəbul edilmiş qanunlara, Konstitusiyaya əməl etməyən rejim var. 

Hüquqi dövlət quruculuğu uğrunda Konstitusiyanın müdafiəsi kampaniyasına başlamaq olar-“Konstitusiyaya əməl et!”.

“Müsavat” başqanının təklifinə hələlik digər müxalifət qurumlarından, o cümlədən, Milli Şuradan reaksiya gəlməyib.

Hakimiyyətin, YAP və iqtidaryönlülərin də bu çağırışa necə reaksiya verəcəyi, onu necə qarşılayacağı maraq doğurur.

Arif

bahar-yap-3

mitinq-23-1

Etikxeber.az

Read Previous

Müxalifət lideri xəstəxanaya yerləşdirildi – ALLERGİYADAN

Read Next

“Özləri öncə Konstitusiyaya əməl etsinlər” – YAP-DAN “MÜSAVAT”A REAKSİYA GƏLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir