“Könüllülər ili”ndə gənclərdən maraqlı-TƏŞƏBBÜS – FOTOLAR

Azərbaycan gəncləri ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsindən ilhamlanaraq,şəhid, məcburi köçkün ailələri, həmçinin tək yaşayan, yaşlı, xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək məqsədilə yeni bir təşəbbüslə çıxış etdilər.

Etikxeber.az Gənclərin İnkişaf və Karyera Mərkəzinə istinadən xəbər verir ki,  “Könüllü qonaq” adlanan təşəbbüs çərçivəsində onlar qayğıya ehtiyacı olan ailələrin və tənha şəxslərinevlərinə baş çəkərək, təmizlik işləri aparır, həyətlərdə və bağlarda səliqə-sahman yaradırlar.

Xalqımızın əsrlər boyu yaşatdığı və nəsildən-nəslə ötürdüyü qarşılıqlı dəstək, qayğıkeşlik, təmənnasız yardım kimi ənənələri davam etdirən gənclər qayğıya ehtiyacı olan tənha insanları diqqətdən kənarda qoymur, onlara həm qayğı, həm də ünsiyyət bəxş edirlər.

Bu təşəbbüsə ilk olaraq qoşulan Goranboy, Şəmkir, Bərdə, Biləsuvar, Zaqatala və Xaçmaz gəncləri öz rayonlarındakı qayğıya ehtiyacı olan insanları sevindiriblər.

Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gənclərə səslənərək onları #konulluqonaq təşəbbüsünə qoşulmağa dəvət ediblər.

Etikxeber.az

 

Read Previous

Korrupsiyaya yol verən 19 nəfər cinayət başında -TUTULDU – RƏSMİ

Read Next

Elçin Əfəndi, Əkbər Qoşalı və gənc Müsavatçı – QEYDƏ ALINDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir