Koreyanın yeni lideri bəlli oldu: Mun Çje İn – FOTO

Koreya Respublikasında keçirilən növbədənkənar prezident seçkilərində Demokrat Partiyasının namizədi Mun Çje İn 41,1 faiz səslə növbəti 5 il müddətinə ölkənin prezidenti seçilib.

Etikxeber.az-ın xəbərinə görə, Koreya Respublikası Milli Seçki Komissiyasının məlumatına əsasən, ümumi seçicilərin 13,4 milyon nəfəri 64 yaşlı Mun Çje İnin lehinə səs veriblər. Səsvermədə ümumi seçicilərin (42,48 milyon nəfər) 77,2 faizi iştirak edib.

Milli Seçki Komissiyasının seçkilərin nəticələrini rəsmən elan edərək, Mun Çje İnin prezident seçilməsi barədə sertifikatı Demokrat Partiyasının nümayəndəsinə təqdim edib. Bu gün günorta saatlarında parlamentdə keçiriləcək kiçik andiçmə mərasimi ilə yeni prezidentin dərhal səlahiyyətlərinin icrasına başlayacağı bildirilir.

Etikxeber.az

Read Previous

Bu gün Heydər Əliyevin doğum günüdür

Read Next

Azərbaycan təmsilçisi “Eurovision-2017” finalının birinci hissəsində çıxış edəcək – FOTOLAR -YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir