Koronavirus ölkəmizdə daha 3 can aldı-ONLARDAN BİRİ DƏ HƏKİMDİR…

Azərbaycan Respublikasında 33 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 62 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. 

Hazırkı dövrədək ölkəmizdə 1373 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 590 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib, 765 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Etikxeber.az

Read Previous

Jalə Əliyeva yazır-“QARABAĞ AZƏRBAYCANDIR VƏ NİDA”

Read Next

Milli Məclisdə qanvermə aksiyası-QAFAROVA, ƏLİYEVA VƏ İBRAHİMQIZI İLK QAN VERƏN DEPUTATLAR OLDU – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir