“Koronavirus qlobal təhlükə kimi hamımızı təhdid edir…”-KÖNÜL NURULLAYEVA

Dünya ölkələri yeni bir çağırışla üz-üzə, insanlar isə həyati əhəmiyyət kəsb edən bir sınaq qarşısındadır. Yeni növ koronavirus-COVİD-19 qlobal təhlükə kimi hamımızı təhdid edir. Dünyanı bürüyən pandemiya həm də yer kürəsinin insanlarını, o cümlədən bizim hamımızı birləşdirən dəyərləri sınağa çəkir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Könül Nurullayeva bildirib.

“ÜST-ün qərar və tövsiyyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə epidemioloji, tibbi profilaktik və müalicə tədbirlərin həyata keçirilməsi üçün qəbul edilən qərarlar və onların operativ həyata keçirilməsi sahəsində dövlətimiz tərəfindən əhəmiyyətli işlər görülür.Koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq, ərazidə yaşayan insanları narahat edən məsələləri operativ şəkildə həll edilməsinə köməklik göstərmək üçün millət vəkili seçildiyim Bakı şəhəri Nizami rayonunda olan “Deputat Qərargahında” İşçi qrupu yaradılıb.Nizami rayonunda yaşayan aktiv vətəndaşlardan xahiş edirəm, bizim təşəbbüsə qoşularaq xüsusi ilə ətrafımızda, qonşuluqda yaşayan tənha, kimsəsiz və qayğıya ehtiyacı olan insanlar haqqında işçi qrupuna məlumat versinlər.Bu təşəbbüsdə könüllü olaraq iştirak etmək istəyi olanlar və suallarla üzləşən vətəndaşlar bizimlə əlaqə saxlasınlar”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Səməd Seyidov AŞPA məruzəçilərinin açıqlaması ilə əlaqədar Assambleyanın prezidentinə-MƏKTUB GÖNDƏRDİ

Read Next

Azərbaycanda 17 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alındı, 1 nəfər vəfat etdi-OPERATİV QƏRARGAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir