Koronavirusa daha 2 yoluxma faktı qeydə alındı-OPERATİV QƏRARGAH

Azərbaycan Respublikasında 2 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın məlumatında bildirilib.

Qərargahın məlumatına görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Qeyd edək ki, hazırda Azərbaycanda 18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.

Etikxeber.az

Read Previous

“AZAL” və əcnəbi aviaşirkətlər tərəfindən bir sıra istiqamətlər üzrə uçuşlar müvəqqəti dayandırıldı-SİYAHI

Read Next

“Hamı səfərbər olmalı, deyilənlərə əməl etməlidir…” – ELDƏNİZ SƏLİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir