Koronavirusa yoluxma sayı-400 MİLYONU KEÇDİ…

Dünyada koronavirusa yoluxma sayı 400 milyonu ötüb.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının, eləcə də medianın məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.

Son məlumata görə dünyada qeydə alınan COVID-19-a yoluxma hallarının sayı 400 244 031-ə çatıb.

Virus qurbanlarının sayı 5 761 208 nəfərdir.

Yanvarın 7-də yoluxma sayında rəqəm 300 milyon idi.

Koronavirusa 20 milyondan çox yoluxmanın aşkarlandığı ölkələrin siyahısında ilk üçlükdə ABŞ, Hindistan və Braziliya qərarlaşıb.

Etikxeber.az

Read Previous

“Öncə Vətəndir” layihəsinin icrasına-BAŞLANDI

Read Next

“Qonşu ölkənin rəsmi qurumu unudur ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tarixi-mədəni irsinə dini və etnik zəmində ayrı-seçkilik etmir”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir