Koronavirusdan ölənlərin sayı 11-ə çatdı-DAHA 50 YOLUXMA QEYDƏ ALINDI…

Azərbaycan Respublikasında 50 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, bir nəfər vəfat etmiş, 39 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Bu haqda Etikxeber.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955-ci il təvəllüdlü vətəndaş vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 1148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 289 nəfəri müalicə olunaraq sağalmış, 12 nəfər vəfat etmiş, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2373 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Etikxeber.az

Read Previous

“Bu ödənişin yuxarı həddi 20 manat məbləğində müəyyən edilir”-MM-İN KOMİTƏ SƏDRİ – “TƏHSİL HAQQINDA” VƏ “DÖVLƏT RÜSUMU HAQQINDA” QANUNLARA DƏYİŞİKLİK EDİLİR…

Read Next

Daha bir millət vəkili-QANVERMƏ AKSİYASINDA İŞTİRAK ETDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir