Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə koronavirus təhlükəsilə bağlı dövlət və hökumət rəsmillərinin 5 saat davam edən qapalı iclası keçirilib.
Etikxeber.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, koronavirusla bağlı martın 16-dan orta məktəblərdə 1 həftəlik, ali məktəblərdə 3 həftəlik tətilin elan olunması qərara alınıb.
Eyni zamanda, dövlət və hökumət rəsmillərinin xarici ölkələrə səfərlərinin məhdudlaşdırılması, idman yarışların seyrçisiz, tamaşaçısız keçirilməsi ilə bağlı qərar verilib.
Bununla belə, Ərdoğanın xarici ölkələrə səfərləri təxirə salınıb.
Həmçinin, təhlükənin qarşısının alınması ilə bağlı digər önəmli qərarlar alınıb.
Eyni zamanda, hakim AKP və onun ortağı MHP-nin mart və apreı aylarında keçiriləcək təbdirləri təxirə salınıb.
Həmçinin, CXP-nin növbəti qurultayının təxirə salınması gözlənilir.

Etikxeber.az





