Koronavirusla bağlı bir sıra Avropa ölkələrinin səhiyyə nazirləri-BİR ARAYA GƏLƏCƏK

Fransada koronavirusa yoluxma hadisəsi qeydə alınmayıb, İtaliyadakı vəziyyəti yaxından izləyirik.

Etikxeber.az bildirir ki, Reuters-in verdiyi məlumata görə, bu barədə bazar günü Fransanın Səhiyyə naziri Oliver Veran mətbuat konfransında koronavirusla bağlı ölkədəki vəziyyətlə bağlı danışarkən deyib.

Bu gecə vəziyyətin beynəlxalq səviyyədə çox dəyişkən olduğunu bildirən nazir qeyd edib ki, İtalya və alman həmkarları ilə danışıb: “Gələn həftə bir sıra Avropa ölkələrinin səhiyyə nazirləri ilə mövcud vəziyyətlə bağlı müzakirə aparmağa razılaşdıq”.

Xatırladaq ki, Fransada hələ ki koronavirusa yoluxma hadisəsi qeydə alınmayıb. 

Avropada ən çox yoluxmaya məruz qalan ölkə isə İtaliyadır.

Burada koronavirusa 150-dən çox insan yoluxub,  3 nəfər ölüb (APA). 

Etikxeber.az

Read Previous

“Növbəti addım məhkəmə olacaq” – LƏMAN ƏLƏŞRƏFQIZI

Read Next

Millət vəkili yubiley doğum gününü qeyd etmədi-ŞƏHİD AİLƏSİNİN YANINDA OLMAĞI VACİB SAYDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir