Koronovirusdan ölənlərin sayı 92-yə çatdı-TÜRKİYƏDƏ

Türkiyədə son 24 saat ərzində 47 min 723 nəfər koronavirus testindən keçirilib. Onlardan 2069-da xəstəlik aşkarlanıb. Hazırda Türkiyədə ümumi xəstə sayı 5 min 698 nəfərə yüksəlib. Bu xəstələrdən daha 17-si həyatını itirib. Bununla da koronovirusdan ölənlərin sayı 92-yə çatıb.

Etikxeber.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir müalicə alanlardan 344-ün reanimasiya şöbəsində olduğunu deyib. Bu müddət ərzində 42 nəfər sağalaraq evə buraxılıb.

Qeyd edilib ki, ölkədə xəstəliyin yayılmasına qarşı daha ciddi tədbirlərin görülməsinə ehtiyac var. Bunun da əsasını insanların vaxtlarını bir müddət özünütəcrid şəraitində keçirməsi təşkil edir.

Etikxeber.az

Read Previous

Xüsusi karantin rejimi-SƏRTLƏŞDİRİLDİ – METRO CƏMİ 5 SAAT İŞLƏYƏCƏK

Read Next

“Bu addım atılsa, heç kim axmaq-axmaq ehtimallar irəli sürməz”-“FORMULA-1”-İN SABİQ RƏHBƏRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir