“Körpü-Bina-Tikinti”nin əməkdaşı minaya düşdü-FÜZULİDƏ

İyulun 12-də saat 11 radələrində 1 nəfər şəxsin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Etikxeber.az bildirir ki, Füzuli rayon prokurorluğundan mətbuata verilən məlumata görə, ilkin araşdırmalarla “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsi zamanı Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Etikxeber.az

Read Previous

“Parlamentdən gözləntilər həmişə çox olub, ancaq…”-ZAHİD ORUC

Read Next

Rəhmon Əfqanıstanla həmsərhəd əyalətlərdə vəziyyət barədə Əliyevi məlumatlandırdı-SƏFƏRƏ DƏVƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir