Kosovo-Türkiyə oyunu neytral meydanda keçiriləcək

Futbol üzrə Türkiyə millisi dünya çempionatının seçmə mərhələsində Kosovo ilə səfər oyununu neytral meydanda keçirəcək.

Etikxeber.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, yayda keçiriləcək qarşılaşma Albaniyada oynanılacaq. Buna səbəb isə Kosovoda UEFA-nın tələblərinə cavab verən stadionun olmamasıdır.

Qeyd edək ki, Kosovo–Türkiyə oyunu iyunun 11-də keçiriləcək.

Etikxeber.az

Read Previous

İlk robot-polis vağzalda təhlükəsizliyə nəzarət edəcək – FOTO

Read Next

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Çurkin vəfat etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir