Koul “Los Anceles Qalaksi” klubunu tərk etdi və …

İngiltərə milli komandasının sabiq futbolçusu Eşli Koul son üç mövsümdə forma geydiyi ABŞ-ın “Los Anceles Qalaksi” klubunu tərk edib.

Etikxeber.az xəbər verir ki, “Qelaksi” 37 yaşlı müdafiəçi ilə müqavilənin müddətini uzatmayıb.

Klub Kouldan başqa daha 7 futbolçu ilə yollarını ayırıb.

koul

“Arsenal” klubunun yetirməsi olan Eşli Koul 1998-2006-cı illərdə “topçular”ın heyətində çıxış edib.

Daha sonra “Çelsi” və “Roma”da forma geyinən müdafiəçi 2016-cı ildə Avropadan ayrılaraq karyerasını Amerikada davam etdirib.

Etikxeber.az

Read Previous

Çempionlar Liqasının 5-ci turu: NƏTİCƏLƏR – FOTO

Read Next

Təmayüllü məktəbləri bitirənlər ali məktəblərə qəbulda daha yüksək nəticə göstərir – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir