“Kövrəldik, üzüldük, həm də qürurlandıq!”-MİLLƏT VƏKİLİ DAHA BİR ŞƏHİD AİLƏSİNDƏ – FOTOLAR

Ucarın Bərgüşad kəndində şəhid Məmmədli Şahı Elman oğlunun il dönümü münasibətilə təşkil edilmiş anım tədbirində iştirak etdik, məzarına gül-çiçək dəstələri düzdük, valideynlərinə, yaxınlarına bir daha başsağlığı dilədik. Şəhidimizin müqəddəs ruhuna dualar oxuduq.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva qeyd edib.

Millət vəkili qeyd edib ki, Şəhidə ölkə Prezidenti İlham Əliyevin imzasıyla “Cəsur döyüşçü” medalı verilib.

“Medalı şəhidimizdən yadigar qalan körpə övladının döşünə taxdıq… Kövrəldik, üzüldük, həm də qürurlandıq! O, Vətəni xilas edənlərdəndir! Allah rəhmət etsin. Nur içində yatsın. Amin!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Novruz bayramı ilə əlaqədar 8 gün ardıcıl qeyri-iş günü olacaq-RƏSMİ

Read Next

Qurban bayramında neçə gün-QEYRİ-İŞ GÜNÜ OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir