“KQB”-nin arxivləri açılmalıdır” – SABİQ DEPUTAT

Arxivlərin açılmasının tərəfdarıyam və həmişə də öz fikrimi bu barədə açıq demişəm. Əvvəllər də yazmışam bu bu barədə. Bir daha təkrar edirəm ki, bir il müddətində bu işi görmək nə siyasi, nə hüquqi, nə də praktiki baxımdan mümkün deyil. Bunu deyən dostlarımızın KQB arxivləri haqqında düşüncələri bir az səthidir. Bundan əlavə Qarabağ cəbhəsində hərbi əməliyyatların getdiyi bir vaxtda respublikada təcili olaraq KQB arxivlərin açmaq ölkədə ikinci cəbhə açmağa bərabər bir hadisə olardı.

Etikxeber.az xəbər verir ki, bunu professor, Milli Şuranın sədri Cəmil Həsənli deyib.

O, qeyd edib ki, Əbülfəz Elçibəy o zaman  haqlı olaraq deyirdi ki, “müharibə gedən ölkədə KQB arxivləri açılmaz. Bu, dinc dövrün işidir. Müharibə vaxtı ölkədə milli birlik əldə edilməlidir”:

cemil-1

“Biz Papadan artıq katolik ola bilməzdik. Bu arxivlərin açılması məsələsində görək keçmiş sovet respublikalarında mənzərə necədir. Ən qabaqcıl cəmiyyətlər olan Baltik respublikalarında bu işə SSRİ dağılan 20 il sonra başlanılıb. Litvada bu iş 2011-ci ildə görüldü, 1991-ci ildə materialların xeyli hissəsi Tallindən çıxarılsa da Estoniya 2012-ci ildə KQB sənədlərinin bir hissəsin açıqladı, Laltviya isə KQB sənədlərinin yalnız bir hissəsini 2018-ci ilin payızında açıqladı. Ukrayna bu işə bir az əvvəl başlamışdı. 2007-ci ildə Ukraynada KQB arxivlərinin açılmasına siyasi qərar verilsə də, 2010-cu ildə Yanukoviçin gəlişindən sonra bu iş dayandırıldı.

2015-ci ildə Ali Rada bu istiqamətdə yeni qərar qəbul etdi və 1917-1991-ci ildə repressiv kommunist totalitar rejimin arxivlərini tədqiqatçıların üzünə açdı. Belarusiya yalnız 2015-ci ildə ikinci dünya müharibəsinə aid bəzi sənədləri açdı. Gürcüstanda Saakaşvili 8 il hakimiyyətdə oldu. O, 2004-cü ildə KQB arxivlərinin açılacağı haqqında bəyanat verdi. Lakin 8 il ərzində aça bimədi və Gürcüstanda KQB arxivləri bu gün də açılmayıb. Rusiya Federasiyasında bu iş 1991-ci ildə başlasa da, agentura şəbəkəsinə aid deyildə, repressiya qurbanlarına aid idi.

Lakin 1993-cü ildə Dövlət Sirri haqqında qanunun qəbul edilməsi 30 il müddət qoymaqla bu işi xeyli ləngitdi. Hələ 90-cı illərdə yaranmış idarələrarsı komissiya 2014-cü ildə KQB sənədlərinin açılmasının vaxtını 2044-cü ilə qədər uzatdı. Adları çəkilməyən digər keçmiş sovet respublikalarının heç birində KQB arxivləri açılmayıb. Yəni, gördüyünüz kimi içində olduğumuz coğrafiyada və keçmiş sosialist məkanında heç bir ölkə bir il ərzində təhlükəsizlik orqanlarının arxivini aça bilməyib. Ölkənin bu vəziyyətə düşməsini milli hökumət dövründə KQB arxivlərinin açılmaması ilə izah etmək məsələnin bir az asan yozum formasıdır. Liter işlər bir yana qalsın, agentura qovluqları, məxfi məlumatlar KQB-yə aidiyyəti olmayan şəxslərin şəxsi həyat hekayələrin əsk etdirən sənədlər eyni qovluqdadır”.

Onun sözlərinə görə, ayrı-ayrı ziyalıların, rəhbər işçilərin, sadə vətəndaşların dinlənilən telefon danışıqlarının stenoqramları agentura məlumatı ilə bir yerdə saxlanılır. Hətta, intim məsələlərə qədər:

“KQB-də adına qovluq açılmış şəxslərin bir sıra hallarda KQB ilə heç bir əməkdaşlığı olmayaıb. Adamların özlərindən xəbərsiz onlar haqqında toplanmış materialları adlarına açılmış qovluğa toplayıblar. Xüsusi ilə dəqiq elmlər sahəsində çalışan perspektivli alimlər, gənc yazarlar və sair. Əlbəttə bütün bunlar ictimaiyyətin nümayəndələri də daxil olmaqla peşəkar komissiya tərəfindən öyrənilməli və bütün hallarda Azərbaycanda da KQB arxivləri açılmalıdır…”.

Etikxeber.az

Read Previous

“Ruhumuz da, qanımız da, canımız, varlığımız da eynidir” – DEPUTAT – FOTOLAR

Read Next

“Atletlər kəndi festivala tam hazır vəziyyətə gətirilib…” – AZAD RƏHİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir