Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tailandın Kralı Bhumibol Adulyadej 88 yaşında dünyasını dəyişib. Bu barədə Tailandın dövlət telekanalı məlumat yayıb.
Etikxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 70 il hakimiyyətdə olan kralın ölüm xəbəri Banqkok xəstəxanasının qarşısına toplanmış insanlar tərəfindən göz yaşları ilə qarşılanıb. Hökumət və parlament oktyabrın 13-ü axşam saatlarına fövqəladə iclas təyin edib.
Ölkənin baş naziri Prayut Çan-Oça televiziya ilə xalqa müraciət edərək həmyerlilərini ay ərzində bütün əyləncəli tədbirlərdən çəkinməyə çağırıb.
Həkimlərin nəzarətində olan monarxın səhhətinin pisləşməsi ilə bağlı məlumatı kral sarayı oktyabrın 9-da yaymışdı. Hemodializdən sonra həkimlər kralın qəfil düşən qan təzyiqini qaldırmaq üçün xüsusi preparatlardan istifadə etməli olublar. Həmçinin xəstəni ağ ciyərlərin süni ventilyasiyasını təmin edən cihaza qoşublar. Həmin vaxtdan etibarən kralının vəziyyəti qeyri-stabil xarakterizə olunurdu.
Etikxeber.az