Kramerlə Kozlariçə: “…”imamlıq”, yaxud da “akıl hocalığı” edir, dil verir, pas ötürürlər”

Birləşmiş Ştatların iki mənfi imicli və Azərbaycan əleyhinə çıxışılarıyla fərqlənən keçmiş diplomatları- Devid Kramerlə Riçard Kozlariç demokratlara yaxın qəzetlərdən birində yenə öz amplualarına uyğun cızmaqara dərc etdiriblər. Dəfələrlə söylədikləri tənqidi fikirləri yenə təkrarladıqdan sonra bu cənablar sentyabrın 26-da keçiriləcək refendum da toxunublar. Yazırlar ki, onun nəticəsi indidən bəllidir. Elədir, keçiriləcək referendumun nəticəsi doğrudan da bəribaşdan bəllidir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

Millət vəkilinin sözlərinə görə, ona görə bəllidir ki, heç bir xalq onun izniylə idarəetmənin daha da təkmilləşdirlməsinə, bir sıra dövlətlərdə baş verən xaosun bura da sıçradılmasının qarşısının alınmasına, insan haqlarının ön plana çıxarılmasına, şəffaflığın genişlənməsinə, dərin və sistemli islahatlara yönəlmiş dəyişikliklərə “yox” deməz.  O,  deyib ki, bu iki zata Amerikanın aparıcı qəzetlərindən birində cızmaqara dərc etdirmək şansının niyə indi verildiyi və kimlərin verdirdiyi də bəllidir.

“Onlar sabah burada mitinqə hazırlaşan xidmətçilərinə “imamlıq”, yaxud da “akıl hocalığı” edir, dil verir, pas ötürürlər. Ancaq əminəm ki, xidmətçiləri belə konstitusiyaya ediləcək dəyişiklərin bu xalqın maraqlarına tam cavab verdiyini bilməmiş deyillər. Sabahkı mitinqi keçirməkdə də məqsədləri nəyinsə qarşısını almaq və yaxud da səsləndirəcəkləri hansısa fikri reallaşdırmaq yox, avqust ayında baş çəkdikləri səfirliklərin ayırdıqları maliyyənin təyinatı üzrə xərcləndiyi görüntüsünü yaratmaqdır”-deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az

Read Previous

Akşənərdən Ərdoğana: “15 iyulda baş nazir kim olacaqdı, deyin-üzünə tüpürək”

Read Next

Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir